Yuxarı

DİM-dən ümumi müsabiqələrlə bağlı yeni məlumat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 5-də elan edilmiş ümumi müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib.

DİM-dən Axar.az-a bildirilib ki, elan üzrə səkkiz dövlət orqanında B növü inzibati dövlət qulluğu vəzifələrinə aid olan 32 vakant vəzifə müsahibəyə çıxarılıb. Cəbrayıl Rayon Məhkəməsində vakant olan bir vəzifəyə, Şabran Rayon Məhkəməsində iki vəzifəyə, Kəlbəcər Rayon Məhkəməsində bir vəzifəyə namizədlər tərəfindən müraciət edilməyib. Ümumilikdə isə 51 namizəd müsahibələrdə iştirak üçün qeydiyyatdan keçib.

Müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifələr Hesablama Palatasında sosial sahələrin auditi şöbəsində məsləhətçi (1 vakant yer üzrə 14 namizəd), sosial müdafiə və sosial təminat sahələrinin auditi şöbəsində aparıcı məsləhətçi (1 vakant yer üzrə 13 namizəd) vəzifələri olub.

Müsahibələrin avqustun 31-dən sentyabrın 17-dək keçirilməsi planlaşdırılır. Qeydiyyatdan keçmiş namizədlər müsahibənin vaxtı və yeri haqqında daha ətraflı məlumatı Report/MsbMshQrafiki?ElanID=17" target="_blank">http://eservices.dim.gov.az/dqq/Report/MsbMshQrafiki?ElanID=17 linkindən əldə edə bilərlər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibəyə qatılmamaları üzrlü hal kimi qəbul olunmur, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.

Tarix
2018.08.17 / 19:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla