Yuxarı

Azərbaycanlılardan Merkelə Qarabağ müraciəti

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Kansleri, beynəlxalq siyasi səhnənin nüfuzlu fiqurlarından olan Angela Merkelin Cənubi Qafqaza ilk səfəri region və dünya mediasının diqqət mərkəzindədir. Bu səfər Azərbaycan üçün bir çox baxımdan ciddi və əhəmiyyətli hadisə hesab olunur.

Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-a bildiriblər ki, səfər ərəfəsində Almaniyada yaşayan azərbaycanlılar xanım Merkele müraciət edərək ölkələrimiz arasında münasibətlərin tarixinə kiçik ekskurs edib, qarşılıqlı iqtisadi əlaqələrin inkişafı, ticarət dövriyyəsi, mədəni əlaqələrin bugünkü mənzərəsi barədə fikirlərini bildirib, bundan sonrakı əməkdaşlığımızın daha yüksək keyfiyyət nöqtəsinə çatacağına inandıqlarını bəyan ediblər.

Olduqca müsbət haldır ki, sağlam düşüncəli soydaşlarımızın Merkelin bölgəyə səfəri, dövlətlərimiz arasında münasibətlərin mövcud səviyyəsi, Dağlıq Qarabağ münaqişəsinin həllində Almaniyanın nizamlayıcı rolu və digər bu kimi mühüm məsələlərlə bağlı fikirlərinin əks olunduğu yazılar Almaniya mətbuatında geniş yer alıb. Yazılarda Almaniya-Azərbaycan münasibətlərinin istiləşməsindən ehtiyatlanan, Azərbaycanı sevməyən ermənipərəst qüvvələrin maliyyələşdirdiyi bəzi qrupların Angela Merkelin Azərbaycana səfərinin əhəmiyyətinə kölgə salmaq cəhdlərindən də bəhs edilir. Dərc olunan yazıda qeyd olunur ki, kiçik təxribatçı “qruplar”ın nümayiş etdirdikləri mövqenin vətənpərvər, dövlətlərimiz arasında münasibətlərin davamlı və möhkəm olmasında maraqlı olan azərbaycanlıların mövqelərinə heç bir aidiyyəti və təsiri yoxdur.

Tarix
2018.08.21 / 18:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla