Yuxarı

Yankauskas Naxçıvanda: Səfirlərlə görüş - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərində keçirilən “Avropa günləri”ndə iştirak etmək üçün muxtar respublikaya gələn Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas və Avropa İttifaqına üzv ölkələrin Azərbaycandakı səfirləri ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Ali Məclisin Sədri qonaqları Naxçıvanda görməkdən məmnunluğunu bildirib, Naxçıvan şəhərində “Avropa günləri”nin keçirilməsini muxtar respublikaya olan etimadın və tədbirlərin yüksək səviyyədə keçirilməsinə inamın ifadəsi kimi dəyərləndirib. Muxtar respublikanın ərazisi, əhalisi, idarəetmə quruluşu və sosial-iqtisadi inkişafı haqqında qonaqlara ətraflı məlumat verən Ali Məclisin Sədri təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Ali Məclisin Sədri blokada şəraitində yaşamasına baxmayaraq muxtar respublikada inkişafın təmin olunduğunu bildirib, Naxçıvan şəhərində “Avropa günləri”nin keçirilməsinə görə təşkilatçılara təşəkkürünü bildirib, əməkdaşlığın davam etdiriləcəyinə inamını ifadə edib.

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Naxçıvan şəhərində “Avropa günləri”nin keçirilməsi üçün yaradılan şəraitə və səmimi qəbula görə minnətdarlıq edib. Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərdən danışan qonaq Naxçıvan Muxtar Respublikasının inkişafının, xüsusilə təhsil sahəsində qazanılan nailiyyətlərin böyük məmnunluq doğurduğunu və əməkdaşlıq üçün geniş imkanlar açdığını bildirib.

Finlandiyanın səfiri xanım Arya Makkonen, Danimarkanın səfiri Svend Olinq, Yunanıstanın səfiri Nikolas Kanellos, Macarıstanın səfiri Viktor Szederkenyi, Bolqarıstanın səfiri Nikolay Yankov və Belçika Krallığının səfiri Bert Skufs Naxçıvanda olmaqdan məmnunluqlarını bildirib və əməkdaşlıq imkanlarını diqqətə çatdırıblar.

Sonda xatirə şəkli çəkdirilib.

Tarix
2018.09.22 / 23:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla