Yuxarı

Berqtun: Bakıda olmaqdan qürur duyuram

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıya səfər etməkdən və burada beynəlxalq konfransda iştirak etməkdən qürur hissi keçirirəm. 1987-ci ildə ölkənizdə veteranlar təşkilatının yaradılması çox önəmli hadisədir. Mən 30 illik yubiley münasibətilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rəhbərliyini və üzvlərini təbrik edirəm.

Axar.az xəbər verir ki, bu fikirləri “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağırışlar” mövzusunda beynəlxalq konfransda iştirak edən Dünya Veteranlar Federasiyasının sədri Dan-Viqqo Berqtun Azərtac-a müsahibəsində söyləyib.

Paytaxtımızda keçirilən konfransın terrorçuluğa qarşı mübarizəyə, beynəlxalq sülhün təminatına töhfə verəcəyinə inandığını bildirən Dan-Viqqo Berqtun deyib ki, İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbədə və hazırda sülhün qorunmasında xalqlar birliyi tarixi rol oynayıb. Azərbaycan xalqı da İkinci Dünya müharibəsində Qələbənin qazanılmasına böyük töhfələr verib. Biz beynəlxalq veteranlar təşkilatları olaraq, bu tarixi birlikdə qeyd edirik. Belə tədbirlərin yalnız regional miqyasda deyil, bütün Avropa ölkələrinin veteranlarının iştirakı ilə daha yüksək səviyyədə keçirilməsini arzulayırıq.

“Veteranlar yaşayan tarixdirlər. Odur ki, biz veteranları qorumalı və onlara qayğı göstərməliyik. Veteranlar İkinci Dünya müharibəsindən misilsiz rəşadətlər göstəriblər. Bu tarixi, keçmişimizi gənclərimizə çatdırmalıyıq. Azərbaycanda veteranlara dövlətiniz tərəfindən yüksək diqqət və qayğı göstərilir. Bu diqqət ildən-ilə daha da artır”.

Tarix
2018.10.17 / 20:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla