Yuxarı

AQC beynəlxalq quruma üzv olur - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Qiymətləndirmə Standartları Şurası (BQSŞ) Azərbaycan Qiymətləndiricilər Cəmiyyətini (AQC) tam hüquqlu üzv qəbul etməyə hazırdır və bu istiqamətdə görülən işləri yekunlaşdırmaq üçün zəruri dəstəyi verəcəyik.

Axar.az xəbər verir ki, bu sözləri Gürcüstanın paytaxtı Tiflisdə Şuranın Standartların tətbiqi və üzvlüyün qeydiyyatı üzrə İdarə Heyətinin üzvü Corc Badesku AQC-ni təmsil edən nümayəndələrlə görüşü zamanı bəyan edib. C.Badesku qeyd edib ki, Şuraya tam hüquqlu üzv olmaq Azərbaycan qiymətləndiricilərinin Beynəlxalq Qiymətləndirmə Standartlarının (BQS) tələblərinə uyğun fəaliyyətində əhəmiyyətli rol oynayacaq.

AQC sədri Nüsrət İbrahimov bildirib ki, Azərbaycan qiymətləndiricilərinin peşəkarlığının artırılması üçün davamlı olaraq tədbirlər görülür və bu sahədə dövlət dəstəyinə də ehtiyac var:

“BQS cəmiyyətin qarşısında mühüm tələblər qoyur ki, bununla bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi zərurəti yaranır. Həmçinin, qiymətləndirici-ekspertlərin peşəkarlığının monitorinqi bu sahədə çatışmazlıqların aradan qaldırılmasına rəvac verəcək. Bu fəaliyyətlə məşğul olan şəxslərin hər il minimum 20 saat təlim-tədris keçməsi, imtahan verib sertifikat alması əsas şərtlər sırasındadır”.

Bununla yanaşı, AQC sədri qiymətləndiricilərin həyata keçirdikləri layihələrin registrinin aparılması, işlərin monitorinqinin keçirilməsinin də əsas tələblər sırasında olduğunu bildirib və qeyd edib ki, nöqsan aşkar edildiyi, xəbərdarlığın yenidən təkrarlandığı halda müəyyən sanksiyalar tətbiq edilə bilər.

N.İbrahimov bildirib ki, AQC gələcək fəaliyyətini Azərbaycan qiymətləndiricilərinin peşəkarlığının artırılması istiqamətində quracaq və bu sahədə hökumət orqanları ilə də əməkdaşlıq edəcək.

Tarix
2018.11.10 / 23:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla