Yuxarı

Nikol Astana uğursuzluğunu necə ört-basdır edir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın daxilindəki qeyri-stabil vəziyyət birbaşa erməni siyasətçilərin xarici meydanlardakı mövqeyinə də sirayət edir.

Bunu Axar.az-a KTMT-nin son toplantısının nəticələrinin Ermənistanda keçiriləcək seçkilərə təsiri haqda danışan politoloq Tofiq Abbasov deyib. O bildirib ki, Ermənistanın Rusiyadan sonra Qazaxıstan və Belarusa da düşmən mövqe bəsləməsi İrəvanı uçuruma apara bilər:

“Ermənistan siyasi elitasının hazırkı mövqeyi və tutduğu məram çox təhlükəlidir. Ermənistanın daxilindəki qeyri-stabil vəziyyət birbaşa erməni siyasətçilərin xarici meydanlardakı mövqeyinə də sirayət edir. Ermənilərin hər vəchlə öz istəklərini başqalarına sırıması KTMT-yə üzv dövlətlər tərəfindən anlaşılmazlıqla qarşılanır. Ümumiyyətlə, ermənilər rasionallıqdan çox uzaqdırlar və hər zaman bütün sahələrdə əlavə gərginlik yaratmağa çalışırlar. Bu gün Azərbaycanın ən böyük problemi də Ermənistan kimi qeyri-adekvat bir subyektlə qarşı-qarşıya olmasıdır. Daim naqolay yanaşmalar sərgiləyən Ermənistanla normal siyasi dialoq qurmaq mümkün deyil. Məhz bu cür yarıtmaz siyasət ucbatından Ermənistanın onsuz da ağır olan vəziyyəti getdikcə daha da çətinləşir”.

Politoloq Paşinyanın seçki öncəsi KTMT daxilindəki vəziyyətdən öz məqsədləri naminə yararlanmağa çalışdığını deyib:

“Paşinyan hazırda özünü güclü siyasətçi kimi göstərmək üçün dəridən-qabıqdan çıxır. Belə ki, Nikol KTMT-lə bağlı qəsdən münaqişəli vəziyyət yaradaraq, guya ölkəsinin tələbələrini ortaya qoyduğunu, İrəvanın maraqları uğrunda ən amansız müharibəni aparmağa qadir olduğunu və hətta buna görə Rusiya, Belarus, Qazaxıstanla münasibətləri korlanmasını belə gözə aldığını nümayiş etdirməyə çalışır. Beləliklə, Paşinyan Astana uğursuzluğunu ört-basdır edəcəyini düşünür. Nə qədər parodoksal görünsə və Ermənistana bir sıra problemlər yaratsa da, belə bir oyun Paşinyanın seçkilərdəki nəticələrinə müsbət təsir göstərə bilər. Hesab edirəm ki, bütün bu köpüklər seçkilərdən sonra tamamilə yoxa çıxacaq. Əgər Paşinyan inamlı qələbə qazanarsa, onun davranışlarında böyük transformasiyaları gözləmək olar”.

Tarix
2018.11.14 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla