Yuxarı

Əsgərlərimizə isti qış geyimləri verildi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əlahiddə Ümumqoşun Ordunun çətin dağlıq şəraitdə xidmət edən əsgərlərinə növbəti isti qış geyimləri təqdim edilib.

Axar.az xəbər verir ki, bu münasibətilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək, avqustun 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə hərbi hissələr üçün yun corabların toxunması işinin davam etdirilməsinin tapşırıldığını bildirib.

Nazir qeyd edib ki, qarşıya qoyulan tapşırığın icrası istiqamətində məhdud fiziki imkanlı 20 qadın tərəfindən toxunmuş 1165 cüt yun corab və 86 yun şərf əsgərlərimizə hədiyyə edilir. O diqqətə çatdırıb ki, 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar, ümumilikdə, 2500 cüt yun corab və 200 yun şərf toxunaraq hərbi hissələrə təhvil verilib.

Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik Vüqar Hüseynov və əsgər Samir Əfəndiyev hərbi qulluqçular adından göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.

Sonda yun corab və şərflər hərbi hissəyə təhvil verilib.

Tarix
2018.11.14 / 19:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla