Yuxarı

Paşinyan Kremlə qarşı çıxmaq üçün kütlədən “arayış” aldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda birmənalı olaraq qərbyönümlü qüvvələr hakimiyyətə gəldi.

Bunu Axar.az-a Ermənistanda 9 dekabr növbədənkənar parlament seçkilərinin nəticələrini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, küçə inqilabı nəticəsində hakimiyyətə gəlmiş Paşinyan statusunu legitimləşdirə bildi:

“Digər gözlənilməz fakt ondan ibarətdir ki, Paşinyanın Mənim Addımım bloku ilə yanaşı, parlamentə cəmi 2 partiya keçdi. Hər iki partiya (Çiçəklənən Ermənistan və İşıqlı Ermənistan) qərbyönümlüdür. Bu, artıq perspektivdə Rusiya ilə müəyyən qarşıdurmalardan xəbər verir. İrəvanla Moskva arasında gərginlik artacaq”.

Politoloq Paşinyanı qarşıda çətin günlərin gözlədiyini deyib:

“Paşinyan 7 ay bundan öncə də hakimiyyətə gələrkən erməni əhalisinə çoxlu vədlər verib. Bu vədlərin içərisində iqtisadi islahatlar, xarici investisiyaların cəlb edilməsi, yeni iş yerləri, əhalinin maddi rifah halının yaxşılaşdırılması yer alır. Verilmiş sözlərin yerinə yetirilməsinin zamanı çatıb. Paşinyanın bunun öhdəsindən gələcəyi isə sual altındadır. Nikolun yalnız bir çıxış yolu var, o da Dağlıq Qarabağ probleminin həllidir. Ermənistan bölgədəki inteqrasiya proseslərinə qoşulmaq üçün mütləq işğalçılıqdan imtina etməli və bölgədə normal qonşuluq münasibətlərinin yaranmasına töhfə verməlidir. Hər halda Ermənistan Gürcüstandan ibrət götürə bilər. Azərbaycan ən böyük iqtisadi layihələrini Tiflis vasitəsilə həyata keçirir və bu gün Gürcüstan büdcəsinin 42 faizini həmin layihələrdən gələn gəlirlər təşkil edir. Əgər Ermənistan danışıqlar prosesini beynəlxalq hüquq normalarına və BMT qətnamələrinə uyğun surətdə apararsa, onda Paşinyan xalqına verdiyi vədləri yerinə yetirmək iqtidarına malik olacaq. Əks təqdirdə, Ermənistan çox pis vəziyyətdə qalacaq. Hətta belə bir vəziyyətdə Paşinyan idarəetməni də itirə bilər”.

Qeyd edək ki, 9 dekabrda keçirilən seçkilərin ilkin nəticəsinə görə, Nikol Paşinyanın seçki bloku yüksək səs çoxluğu ilə liderlik edir. Belə ki, Mənim Addımım - 70,43%, Çiçəklənən Ermənistan - 8,27%, İşıqlı Ermənistan - 6,37% səs toplayıb.

Tarix
2018.12.10 / 13:48
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla