Yuxarı

İlham Əliyev Qətərə iki məktub göndərdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Qətər Dövləti Əmirinin müavini Əlahəzrət Şeyx Abdullah bin Həməd Al Taniyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə qeyd edilir:

"Əlahəzrət,

Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Qətər xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

***
İlham Əliyev Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə təbrik məktubu ünvanlayıb.

"Əlahəzrət,

Qətər Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Qətər arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Qətər xalqına sülh və rifah diləyirəm", - təbrikdə deyilir.

Tarix
2018.12.17 / 18:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla