Yuxarı

Rauf Arifoğlu onu təhqir edən cəbhəçinin statuslarını yaydı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yeni Müsavat" qəzetinin Baş redaktoru Rauf Arifoğlu AXCP fəalını polisə verməsi ilə bağlı iradlara cavab olaraq Vüqar Qədirovun ona sosial şəbəkədə ünvanladığı təhqirləri öz "Feysbuk" profilində paylaşıb.

R.Arifoğlu əvvəlcə bu statusu yazıb:

"Mən bu adama indi neynim? Bu təşkilatın liderinə müraciət edirəm ki, ya bunu durdursun, ya da AXCP-dən çıxartsın. Əks halda, burada yazılanlardan özümün, atamın adını çıxarıb, onun və atasının adını yazacam. İnsanın özünü, valideynini, hətta saçını-saqqalını təhqir edir, sonra da deyirlər, polisə niyə verdi? Bəs, kimə verim? Mafiyaya, Oğrulara? Ya gedim, vurum? Cəbhə yaxın durmur, bu da dayanmır. Tərbiyəsizin biridi. Mühakimənizə verirəm.

Onun yazdıqları statusu bəyənənlərsə, bu tərbiyəsizin mənə yazdıqlarını özlərinin ünvanına paylaşanlardır".

Daha sonra isə R.Arifoğlu V.Qədirovun statuslarını sosial şəbəkə istifadəçilərinin ixtiyarına buraxıb:

"Vuqar Qedirov

Bu gün İmişli polis rəisinin bizim asayişi qorumağına cox şubhə yaratdi məndə.
Ona görə ki, onun Raufun vəkili olması məndə cox qəribə hisslər oyatdı.
Bilmədim rəis İlhamin vəkilidi, yoxsa Raufcikin.

Vuqar Qedirov

Bu gün 4 saata yaxın İMİŞLİ POLİSİNDƏ məndən izahat aldılar.
Gör kimin ərizəsinə görə. Raufcikin. Dünya düzələcək. Bu gün gördüm.
Raufun Arifin oğlu olmasına bir az şübhəm qaldı.

Vuqar Qedirov

Bu gün məndən polisdə soruşdular ki, o Rauf Arifoğlu R.Usubovun işverəni deyil ki?
Digəri də soruşdu ki, onun, yəni Raufun saqqal saxlamasinda bir əmmamə yoxdu ki? Yəni onun üzündə ŞRAMDAN-ZADDAN YOXDU Kİ? Dedim, üzünü qırxdırmasa, bir söz, türklər demiş, söyləməm.

Vuqar Qedirov

Arifin oğlu Raufla inboksda yazışdıqlarımızı nə varsa, aparıb özü qarışıq qoyub R.Usubovun qucaqına. Yəni qarşısına. Əhsən sənə, Raufcik.

Vuqar Qedirov

Mən bilsəydim itin bu qədər qohum-əqrabası var, Raufa bir söz desəydim, Raufa min lənət..."

Tarix
2013.12.05 / 00:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla