Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
14 Dekabr 2017


Vəfa Quluzadə: “Atəşkəs əmrini İrəvan verməlidir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Son zamanlar atəşkəsin daima pozulması azadlığa təzyiqdir".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Vəfa Quluzadə deyib. O, Azərbaycan-Ermənistan təmas xəttindəki gərginliyin durmadan artmasını və məsələnin əsas məğzini belə şərh edib:

"Atəşkəsi pozan əsas tərəf Ermənistandır. Mən bunu hər zaman demişəm və bir daha təkrar edirəm ki, Ermənistana və atəşkəsə rəhbərlik Moskvadan gəlir. Onlar istəməzlər ki, atəşkəs xəttində sakitlik olsun və gözlənilsin. Bu, o vaxt baş tuta bilər ki, tərəflər sülh müqaviləsi üzərində işləmək haqqında razılığa gəlsinlər. Buna şərait yaratmaq üçün atəşkəsi pozmamaq əmri verilməlidir. Atəşkəs əmrini isə Ermənistan tərəfi verməlidir. Ancaq hələ ortada heç nə yoxdur. Çünki atəşkəsi pozan onlardır. Bu, o deməkdir ki, Azərbaycanı daima təzyiq altında saxlamaq istəyirlər. Buna görə də Azərbaycan cavab atəşi açmağa məcburdur. Nəticədə də itkilər olur".

Cəbhə xəttindəki son təxribatların qarşıdan gələn olimpiya oyunlarına heç bir dəxli olmadığını bildiriən Vəfa Quluzadənin sözlərinə görə, əgər Ermənistan Rusiya tərəfindən təhrik edilsə, müharibə günü sabah başlayar:

"Bax, elə əsas məsələ də bundan ibarətdir. Azərbaycan Ermənistandan nə qədər güclü olsa da, erməninin müttəfiqi Rusiyanı yadından çıxartmır. Əks halda bu, Rusiyaya bir bəhanə olar ki, erməninin əli Azərbaycana zərbə vursun və özü də bunda iştirak etsin. Qeyd edim ki, artıq Rusiya öz aqressivliyini hər yerdə təsdiq edib. Birincisi, Gürcüstanda, ikincisi isə Ukraynada. Bundan əlavə isə Rusiyanın qəbul etdiyi qanunların hamısı aqressiv qanunlardır. Bu da özlüyündə Rusiyaya haqq qazandırır ki, istənilən ölkəyə müdaxilə etsin. Sözügedən məsələni ancaq bu cür izah etmək olar".

Tarix
2015.04.01 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
loading...
Digər xəbərlər

Ermənipərəst qüvvələrin növbəti məğlubiyyəti...

Çıroqov və Sərkisyan işi: hər iki iş uddusa, niyə qalib sayılırıq?

Məşhur astroloqdan 2018-ci il üçün dəhşətli proqnozlar

Heydər Əliyev bunun əsasını qoyub - Korea Post

Səfir: Azərbaycan Qazaxıstanın əsas tərəfdaşıdır

Azərbaycan üçün əsas prioritet... - Çexiya mediası

“Artsax” adlı qurum yoxdur, Kostanyan sussa...

Mərkəzi Bank hərrac keçirdi

İƏT Zirvəsinin nəticəsi ilə bağlı mətbuat konfransı keçirildi

İlham Əliyev Kenyattaya məktub göndərdi

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla