Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 İyul 2017


“Sükut günü” qalmaqal başlandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyası "Azadlıq" və "Yeni Müsavat" qəzetlərindən Mərkəzi Seçki Komissiyasına şikayət edib. Bu haqda "Axar.az"a YAP mətbuat xidmətindən məlumat verilib.

Şikayətdə qeyd edilir ki, Seçki Məcəlləsinin 75.1 maddəsinə əsasən, səsvermə günü və ondan əvvəlki gün hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır: "Buna baxmayaraq, "Azadlıq" və "Yeni Müsavat" qəzetlərinin 8 oktyabr tarixli sayında qanunun bu maddəsi kobud surətdə pozularaq prezidentliyə namizədliyi "Milli Şura" deyilən qurum tərəfindən irəli sürülmüş Cəmil Həsənlinin seçki təşviqatına həsr edilmiş geniş materiallar dərc edilib. Adı çəkilən hər iki qəzetin səhifələrində prezidentliyə namizəd Cəmil Həsənlinin təbliğinə yönəlmiş geniş materillar verilib, adı çəkilən namizədin digər prezidentliyə namizədlər əleyhinə çağırışları dərc edilib".

Şəhərin mərkəzindəki plakatlar da yığışdırmalıdır

"Azadlıq" qəzetinin şöbə müdiri Seymur Həzi əməkdaşımızla söhbətində YAP-ın şikayətini məntiqsiz adlandırdı: "Qəzet gecə hazırlanır, səhər saat 7-də satışda olur. Bu qanunu məhdudiyyət isə seçki günündən 24 saat əvvəl, yəni 8 oktyabr, səhər saat 8-dən başlayır. Qəzetin saat 8-dən sonra köşklərdə olması fəaliyyət deyil. Ona qalsa, hökumət şəhərin mərkəzindəki plakatları da yığışdırmalıdır, amma gördüyünüz kimi, təşviqat plakatları hələ də qalır. Ona görə də bu absurd iddiadır".

Qəzet nüsxələri də evlərdən, əllərdən yığışdırılmalıdır

"Yeni Müsavat" qəzetinin redaktoru Azər Ayxan isə hadisədən xəbərsiz olduğunu bildirərək, YAP-ın şikayətinə münasibət bildirməkdən imtina etdi. Buna baxmayaraq, "Musavat.com" saytında "Yeni Müsavat" qəzetinin mövqeyi yayımlanıb.

"YAP-ın yanaşması qərəzlidir. Belə ki, "Yeni Müsavat" qəzetinin təbliğat-təşviqat materialları çap olunmuş bugünkü sayı dünən gecə saat 23.30 radələrində imzalanıb və nəşriyyata göndərilib, gecə saat 3-4 radələrində çap olunub və 6-7 radələrində, yəni rəsmi yasağın qüvvəyə minməsinə 1 saat qalmış paylanıb qurtarıb: "Bu məntiqlə srağagün və ya daha əvvəlki günlərdə çap olunmuş və içərisində müvafiq təbliğat materiallarını daşıyan qəzet nüsxələri də evlərdən, əllərdən yığışdırılmalıdır".

YAP arqumentlərlə razılaşmır

YAP-çı millət vəkili Aydın Mirzəzadə hesab edir ki, hər iki müxalifət qəzeti qanunsuz olaraq təşviqat kampaniyası həyata keçirib və arqumentləri ilə razılaşmaq olmaz:

"Səhər hər iki qəzeti açıb oxuyanda açıq-aydın təşviqat xarakterli materiallar gördüm. Bundan başqa, hər iki qəzetdə digər namizədlərin əleyhinə materiallar dərc edilmişdi. Bu isə seçki məcələısinin 75.1 maddəsinə zidd hesab olunur".

Aydın bəyin fikrincə, onların arqumenti əsassızdır, çünki Azərbaycanda axşam qəzetləri fəaliyyət göstərmir və hər iki qəzet gecə radələrində çapa getsə də, onların üzərində 8 oktyabr tarixi yazılır. Yəni onlar əvvəlcədən bilirdilər ki, 8 oktyabr tarixində təşviqat kampaniyası sona yetir və dərc edəcəkləri materiallar qanunaziddir: "Yenə də qeyd edirəm ki, hüquqi baxımdan Yeni Azərbaycan Partiyasının şikayəti tam əsaslıdır".

MSK "səssiz" qaldı

Məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasının sözcüsü Azər Sarıyevlə əlaqə yaratsaq da, Azər bəy suallarımızı bu gün keçiriləcək mətbuat konfransında MSK sədri Məzahir Pənahova ünvanlamağımızı məsləhət gördü.

Tarix
2013.10.08 / 13:21
Müəllif
İlqar Vəliyev
Şərhlər
Загрузка...
Digər xəbərlər

ABŞ-dan Qarabağla bağlı ermənilərə zərbə...

Daha bir ölkə GUAM-a qoşulur?

Seçim qalmadı: Müharibəyə doğru... - Polkovnik

Bu sevinci ifadə etmək mümkün deyil - Əflatun Amaşov

Ölkəmizə təsir etmək cəhdləri... - Prezidentdən tövsiyə

Bu, münaqişələrin qarşısının alınmasında vacibdir - Nazir

Elmar Məmmədyarov Bakrla görüşdü

İlham Əliyev Krala məktub göndərdi

Kremldən Əliyev-Sərkisyan görüşü haqda - Açıqlama

Kreml: “Lapşin bizlik deyil”

KULT
<>
Xəbər xətti
 
SORĞU
Harada dincəlmək istəyərdiniz?
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla