Yuxarı

Zakir Həsənov sərəncamını nədən geri oxuyub? – Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Naziri Zakir Həsənov bir müddət əvvəl vəzifədən azad edib, hərbi hissələrin birinə daha aşağı vəzifəyə göndərdiyi general-mayor Fazil Aşumovu yenidən mühüm posta təyin edib.

"Axar.az"ın əldə etdiyi məlumata görə, Yeni il ərəfəsində məzuniyyətə göndərilən və daha sonra vəzifədən azad edilən Müdafiə Nazirliyinin Rabitə İdarəsinin rəisi general-mayor Fazil Aşumov Prezident İlham Əliyevin fərmanı ilə yaradılan 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusunun Rabitə rəisi təyin olunub.

Məlumatda bildirilir ki, Zakir Həsənov Rabitə rəisinin nazirlikdəki vəzifəsinə xitam verdikdən sonra, onu Şəmkirdəki hərbi hissələrin birinə aşağı vəzifəyə göndərib. Lakin qısa müddətdən sonra aşağı vəzifəyə göndərilərək cəzalandırıldığı güman edilən general-mayorun Naxçıvanda yaradılan Əlahiddə Ümumqoşun Ordusunun Rabitə rəisi kimi mühüm vəzifəyə təyin olunması müəmma doğurub. Bildirilir ki, Müdafiə nazirinin yanvarın ilk həftəsində yeni tədris ilinə hazırlığını yoxlamaq məqsədilə Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Fazil Aşımov Əlahiddə Ümumqoşun Ordusu Komandanı general-leytenant Kərəm Mustafayevə təqdim edilib.

Tarix
2014.01.08 / 11:17
Müəllif
Şahin
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla