Yuxarı

Zakir Həsənov üç hərbi şəhərcikdə - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən yeni hərbi hissələrdə tikinti-inşaat işləri davam edir.

Axar.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonadakı yeni inşa edilən üç hərbi şəhərcikdəki qərargahlar, yataqxanalar, döyüş texnikası üçün saxlanclar, sıra meydanları, yeməkxanalar, tibb məntəqələri, digər xidməti, inzibati bina və qurğularda, eləcə də iki hamam-camaşırxana-qazanxana komplekslərində gedən tikinti işləri ilə tanış olub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsi heyətlə müxtəlif hərbi hissələrdə keçirilən görüşlərində Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqətin nəticəsi olaraq son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da artırılması, sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə görülən işləri diqqətə çatdırıb.

Müdafiə Nazirliyinin rəhbərliyi yeni tikilən əsgər yeməkxanalarından birində hərbi qulluqçularla birlikdə nahar edib, mülki qulluqçularla söhbət edərək, müvafiq göstəriş və tövsiyələrini verib.

Cəbhə bölgəsinə səfər çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov tikilməkdə olan digər hərbi şəhərciklərə də baş çəkərək inşaat işlərinin keyfiyyətli ilə maraqlanıb, müvafiq tapşırıq və tövsiyələrini veriblər.

Tarix
2015.11.08 / 15:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla