Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Noyabr 2018


Gənc qız intihara cəhd etdi - bir nəfər tutuldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda üç gün əvvəl özünü yandıran 20 yaşlı Məlakə Bayramlını özünü öldürmə həddinə çatdırmasında günahkar bilinən şəxs saxlanılıb.

"Axar.az"ın Bakı Şəhər Baş Prokurorluğunun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, həmin iş üzrə cinayəti törətməkdə şübhəli bilinən Əli Həbibli artıq saxlanılıb. Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Xatırladaq ki, yanvarın 30-da saat 10:30 radələrində Lənkəran şəhərində qeydiyyatda olmaqla müvəqqəti Bakı şəhərində yaşayan Məlakə Bayramlı Səbail rayonu ərazisində üzərinə yandırıcı maddə tökərək yandırmaqla intihara cəhd edib, intiharın qarşısı alınaraq yanıq xəsarətləri ilə 5 saylı klinik xəstəxanaya yerləşdirilib. Həkimlər tərəfindən onun hazırkı vəziyyəti stabil ağır kimi qiymətləndirilir.

Prokurorluq tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, M.Bayramlı 1990-cı ildə Lənkəran şəhərində anadan olub, 29 oktyabr 2012-ci il tarixdən 5 oktyabr 2013-cü il tarixədək Milli Təhlükəsizlik Nazirliyinin Mühafizə Taborunda müddətli həqiqi hərbi xidmətdə olmuş Əli Həbibli ilə sonuncunun xidmət etdiyi Lənkəran şəhərində tanış olmaqla Lənkəran və Bakı şəhərlərində dəfələrlə görüşərək yaxın ünsiyyətdə olublar.

Bir müddətdən sonra aralarında yaranmış narazılıqla bağlı M.Bayramlı Ə.Həbiblinin onu zorlaması barədə Respublika Hərbi Prokurorluğuna ərizə ilə müraciət edib. Həmin xüsusat üzrə aparılmış araşdırmalar zamanı M.Bayramlı ilkin izahatında qeyd olunan faktı təsdiq etsə də, sonrakı ərizələrində Ə.Həbibli tərəfindən zorlanmadığını, onunla könüllü olaraq cinsi əlaqədə olduğunu, evlənmək məqsədilə artıq nişanlandıqlarını və şikayətindən imtina etdiyini bildirməklə əlavə izahat verməyib.

M.Bayramlının zorlanması hadisəsi təsdiqini tapmadığından cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib və qərarın surəti M.Bayramlıya göndərilməklə həmin qərardan şikayət etmək hüququ ona izah edilib.

Eyni zamanda M.Bayramlının Ə.Həbibli və digər hərbi qulluqçuların qanunazidd hərəkətlərinə dair şikayət ərizəsi üzrə toplanmış material xidməti yoxlama aparılması üçün aidiyyəti üzrə Milli Təhlükəsizlik Nazirliyinə göndərilib.

Ə.Həbibli M.Bayramlı ilə nişanlanaraq bir müddət əlaqələrini davam etdirib, lakin sonradan aralarında yenidən münasibətlər pozulduğuna və sonuncu ilə ailə qurmadığına görə M.Bayramlı bundan hiddətlənərək özünü yandırmaqla intihara cəhd edib.

Həmin fakt üzrə Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Tarix
2014.02.02 / 12:23
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Milli Dirçəliş Günü təxribat cəhdi... - Millət vəkili

XİN-dən ABŞ-a etiraz: Saakyanın səyahəti...

Radikalların Şəhidlərdəki şousu: Kərimli və Həsənli saxlanıldı

305 erməni millətçisi barəsində cinayət işi açılıb - Deputat

Nazir işdən çıxan müavinlərindən danışdı

Şəhid varislərinə 58 milyon ödəyəcəyik, sonra... - Nazir

Şəhid vərəsələrinə birdəfəlik ödəmənin verilməsi… - Millət vəkili

Prezident böyük bir humanizm sərgilədi

Bu, birbaşa Prezidentin diqqətindədir - Millət vəkili

Rəsmi Parisdən Bakının etirazına - Cavab

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla