Yuxarı

Kvirikaşvili: "İlham Əliyev Gürcüstana səfər edəcək"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev tezliklə Gürcüstana səfər edəcək.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Azərbaycan prezidenti ilə görüşündən sonra Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bildirib.

Onun sözlərinə görə, Davosda baş tutan görüşdə qaz təchizatı mövzusuna toxunulmayıb: "Prezident İlham Əliyevlə görüş səmimi dostluq şəraitində keçib. Biz, həqiqətən, qaz təchizatı barədə danışmadıq. Qeyd etmək istəyirəm ki, bu, texniki xarakterli görüş idi. Dövlətlərimiz arasında heç bir anlaşılmazlıq yoxdur. Biz birgə İpək Yolu, Bakı-Tiflis-Qars layihələrini həyata keçiririk, ölkələrimizin iqtisadi yüksəlişi üçün vacib mənbə yaradırıq," deyə Kvirikaşvili bildirib.

Gürcüstan baş nazirinin sözlərinə görə, yaxın gələcəkdə Azərbaycan prezidentinin Gürcüstana səfəri gözlənilir: "Biz cənab Əliyevin tezliklə Gürcüstana səfərə edəcəyinə dair razılığa gəldik", deyə baş nazir əlavə edib.

Tarix
2016.01.22 / 23:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla