Yuxarı

Bakıda hündürmərətəbli binada partlayış olub

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Yeni Yasamalda, Dadaş Bünyadzadə küçəsi-15, mənzil 76 ünvanında partlayış baş verib.

"Axar.az"ın FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, partlayış çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən mənzilin hamamında qaz sızması nəticəsində baş verib.

Nicat Bədəlova məxsus mənzildəki partlayış nəticəsində aynabəndin şüşələri və dəmir barmaqların bir qismi dağılaraq həyətə tökülüb.

Mənzildə olan 1984-cü il təvəllüdlü Bədəlova Firuzə Tofiq qızı və 2010-cu il təvəllüdlü azyaşlı Bədəlova Zəhra Nicat qızı partlayışın təsirindən psixi sarsıntı keçirib. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım stansiyasının əməkdaşları zərərçəkmiş şəxslərə tibbi yardım göstərib.

Hadisə yerində olan "Azəriqaz" QSC əməkdaşları binaya qazın verilməsini dayandırıb. Bundan sonra xilasedicilər mənzilə daxil olaraq eyvanın təhlükə yaradan pəncərələrini və dəmir barmaqlıqlarını kəsib zərərsizləşdiriblər.

Tarix
2013.11.01 / 22:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla