Yuxarı

Qaxda mal oğruları tutuldu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaxda mal-qara oğruluğu ilə məşğul olan şəxslər iş başında yaxalanıblar.

Qax rayon Qarabaldır kənd sakinlərinin APA-ya verdikləri məlumata görə, bu gün axşam saat 20 radələrində kənd sakini Telman Paşa oğlu Paşayevin həyətyanı sahəsindəki mal tövləsindən iki baş xırda buynuzlu heyvanları oğurlamaq istəyən və hələ ki adları açıqlanmayan iki nəfər şəxs kənd sakinləri tərəfindən tutularaq Qax rayon Polis Şöbəsinin əməkdaşlarına təhvil verilib.

Sakinlərin sözlərinə görə, ev sahibi Telman Paşayev yaxın qohumlarının yas mərasimində olub. O axşam saatlarında evə qayıdaraq mal-qaranı yemləmək istəyib. Həyətə daxil olmaq istəyən Telman Paşayevi qapıda heyvanları oğurlayaraq aparmaq istəyən iki naməlum şəxsi görüb. Oğrular ev sahibini gördükdən sonra heyvanları buraxıb qaçmaq istəyiblər. Bu zaman Telman Paşayev qonşuları köməyə çağırıb. Onun köməyinə çatan qonşular oğruları kəndin ərazisində tutublar. Hadisə yerinə çağırılmış polis əməkdaşlarının apardıqları ilkin istintaq zamanı məlum olub ki, oğrular kəndə “Hyundai” markalı minik avtomobili ilə gəliblər.

Qax RPŞ-dən verilən məlumatda Telman Paşayevin həyətindən oğruluq edilməsi faktı təsdiqlənib və hazırda hadisə yerində araşdırmanın aparıldığı bildirilib.

Tarix
2016.11.30 / 22:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla