Yuxarı

Novruz bayramı Berlində qeyd olundu - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Berlin Etnologiya Muzeyində Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanın Almaniyadakı səfirliklərinin təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş ənənəvi bayram tədbiri keçirilib.

Axar.az xəbər verir ki, Etnologiya Muzeyinin direktoru Viola Köniq iştirakçıları salamlayaraq tədbiri açıq elan edib.

“Etnologiya Muzeyinin Dostları” İctimai Birliyinin sədri Folker Hassemer Novruz bayramının qədim tarixə malik olduğunu və onun geniş coğrafi məkanda qeyd edildiyini bildirib.

Daha sonra iştirakçı ölkələrdən gəlmiş mədəniyyət nümayəndələri öz proqramları ilə çıxış ediblər.

Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ölkəmizi tədbirdə Gülay Zeynallı, Humay Qədimova və Sevinc Qədimovadan ibarət muğam üçlüyü təmsil edib. Üçlüyün ifa etdiyi “Azərbaycan”, “Şuşanın dağları” və digər bəstəkar və xalq mahnıları tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

Tədbirin aparıcısı qədim tarixə malik muğam sənətinin Azərbaycan xalqının həyatında və dünya mədəni irsində özünəməxsus yer tutduğunu vurğulayıb.

Tədbirdə, eyni zamanda, iştirakçı ölkələrin milli-mədəni irsi və adət-ənənələrini əks etdirən sərgi nümayiş olunub.

Tarix
2017.03.27 / 00:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla