Yuxarı

Hacıqabulun kəndləri su altında qaldı - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aramsız yağan yağışlar Hacıqabulun dağ kəndlərində ciddi fəsadlar törədib.

APA-nın məlumatına görə, ötən gün yağan aramsız yağış nəticəsində Hacıqabul rayonunun Udulu qəsəbəsinə daxil Qubalı və Tava kəndləri sel sularına məruz qalıb.

Təbii fəlakətdən əsasən daha çox Qubalı kəndi ziyan görüb. Qubalı kəndində 15-dən çox fərdi yaşayış evlinə və təsərrüfatlara ciddi ziyan dəyib. Yağan yağışlar Pirsaat çayının məcrasından çıxmasına səbəb olub və nəticədə nar bağları, şəxsi təsərrüfatlarda əkin sahələri su altında qalıb.

Yaşayış evlərinin həyətlərini su basıb. Bir çox təsərrüfatlarda ev quşları tələf olub. Kəndlə rayon mərkəzini birləşdirən avtomobil körpüsü qəzalı vəziyyətə düşdüyündən kəndlə müvəqqəti əlaqə kəsilib. Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən bu gün qəzalı körpü bərpa edilib.

Təbii fəlakətin aradan qaldırılması və vətəndaşlara dəyən ziyanın miqyasını müəyyən etmək üçün Hacıqabul rayon icra hakimiyyətinin fövqəladə hallar komissiyası tərəfindən komissiya yaradılıb.

Hazırda təbii fəlakətin fəsadları aradan qaldırılır.

Tarix
2017.05.19 / 01:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla