Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Dekabr 2017


Xalq şairi 91 yaşında

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün mərhum xalq şairi Qabilin doğum günüdür.

Kult.az xatırladır ki, Qabil Allahverdi oğlu İmamverdiyev 1926-cı ildə Bakıda anadan olub. Orta məktəbi başa vurduqdan sonra 1944-1948-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil alıb. O, 1954-1956-cı illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun ali ədəbiyyat kurslarında oxuyub.

Əmək fəaliyyətinə 1949-1951-ci illərdə Yardımlı rayonunda və Bakı şəhərində orta məktəb müəllimi, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda laborant kimi başlayan Qabil 1951-1953-cü illərdə “Azərbaycan müəllimi” qəzetinin redaksiyasında şöbə müdiri, 1954-cü ildə “Kommunist” qəzetinin redaksiyasında tərcüməçi-redaktor, 1957-1958-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-dram verilişləri redaksiyasının məsul redaktoru, 1960-1972-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzetinin redaksiyasında poeziya şöbəsinin müdiri, 1975-1979-cu illərdə “Azərbaycan” jurnalının redaksiyasında ədəbi işçi və baş redaktorun müavini vəzifələrində çalışıb.

“Gəl, baharım” adlı ilk şeiri 1944-cü ildə “Ədəbiyyat” qəzetində çap olunan Qabilin 1950-ci ildə “Səhər açılır” adlı kitabı işıq üzü görüb. Onun “Mənim mavi Xəzərim” (1959), “Küləkli havalarda” (1964), “Qoy danışsın təbiət” (1966), “Vətəndaş sərnişinlər” (1973) və s. kitabları oxucular tərəfindən maraqla qarşılanıb.

Qabil həmişə sevilə-sevilə oxunan, əzbərlənən “Səhv düşəndə yerimiz”, “Qarışdırma”, “Çörək”, “Təmizlik”, “Gülləbaran eylədilər”, “Nəsimi bazarında”, “Beşiyimdir - məzarımdır o mənim”, “Dağlar”, “Azərbaycan torpağı” kimi şeirləri və “Nəsimi” fəlsəfi-psixoloji, epik-dramatik, fundamental poeması ilə əbədiyyət qazanıb.

Uzun illər Azərbaycan Yazıçılar Birliyində ağsaqqallar şurasının sədri kimi fəaliyyət göstərən Qabilin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. Görkəmli şair bir sıra orden və medallara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltiflərinə - “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb.

Qeyd edək ki, xalq şairi Qabil 2007-ci il aprelin 4-də vəfat edib.

Tarix
2017.08.12 / 11:29
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
loading...
Digər xəbərlər

Güllə yarası alan yeniyetmə suya yıxılıb öldü

“Bu müqavilə Azərbaycana sarsıdıcı zərbə vurdu”

Bakıda qəribə olay: Sərnişinlər ayaqüstə, it oturacaqda… - Video

ANAMA-dan növbəti əməliyyat

12 yaşlı uşaq inəklə toqquşaraq öldü - Faciə

Fikrət Qocanın oğlunu öldürənə hökm oxundu

Yeməyə möhtacam, kömək edin... – Xalq artistinin oğlu

6 yaşlı uşaq Yutubdan milyonlar qazandı

Bakıda məhbus dünyasını dəyişdi - Ölüm səbəbi...

Bakıda ANS-in keçmiş əməkdaşı həbs edildi

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla