Yuxarı

Türk sözləri yad sayılır – Millət vəkili

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam İslam İnqilabından təxminən 40 il keçməsinə baxmayaraq, hələ də 10 milyonlarla Azərbaycan türkü ana dilində təhsil almaq hüququndan məhrumdur. Artıq sosial tələbatı nəzərə alaraq bir çox millət vəkili də ölkədə türk dilinin rəsmi tədrisi ilə bağlı tələb irəli sürür.

Kult.az xəbər verir ki, bu sözləri Ərdəbilin millət vəkili Məhəmməd Feyzi parlamentdə ölkə Prezidenti Həsən Ruhaniyə xitabən çıxışında deyib.

“Konstitusiyanın 113-cü maddəsinə əsasən, prezident konstitusiyanı qorumalı və onu icra etməlidir. Bu gün yerli dillərə diqqət olunmur. Bu o həddə çatıb ki, artıq bizim övladlarımız üçün türk sözləri yad sayılır. Hesab edirəm ki, Təhsil, həmçinin İslami İrşad və Mədəniyyət Nazirliyi bu məsələyə xüsusi diqqət yetirməlidir. Türk dili bütün məktəb və universitetlərdə tədris olunmalıdır”, - millət vəkili qeyd edib.

Qeyd edək ki, türk dili Təbriz Universiteti istisna olmaqla İranda heç bir təhsil ocağında tədris olunmur. Təbriz Universitetində isə azərbaycanlıların uzun illər mübarizəsindən sonra artıq iki ildir ki, buna nail olunub.

Tarix
2017.08.15 / 17:12
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla