Yuxarı

“Bu şəhərdə” Londonda: kafedə inanılmaz şou - Video

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:21

25 noyabr tarixində İngiltərənin London şəhərində konsert verən “Bu şəhərdə” komandası maraqlı foto və video paylaşıb.

Kult.az xəbər verir ki, “Dumanlı Albion”da verdikləri konsertdən sonra kollektiv olduqları şəhəri gəzməyə üstünlük verib. Komandanın baş prodüseri və ssenaristi Müşfiq Abbasov Feysbukda gəzdikləri yerlərlə bağlı tez-tez maraqlı paylaşımlar edib.

Fotolardan da görünür ki, komanda gəzintisi zamanı şəhərin tarixi yerlərinə və muzeylərə getməyə üstünlük veriblər.

Londondakı Madam Tüsso muzeyinə baş çəkən komanda üzvləri muzeydə mumdan hazırlanmış Hollivud ulduzlarının heykəlləri ilə maraqlı şəkillər çəkdiriblər.

Həmçinin, Londonda kafelərdən birində istirahət zamanı "səhnəni" ələ alan kollektiv "Bana-bana gəl" mahnısını xorla ifa edib, zaldakılara maraqlı anlar yaşadıb.

Qeyd edək ki, “Bu şəhərdə” 25 noyabrda İngiltərənin paytaxtı Londonda “Logan Hall” zalında konsert verib.

Ondan əvvəl komanda noyabr ayında 4 gün Heydər Əliyev adına Respublika Sarayında konsert proqramı ilə çıxış etmişdi.

Tarix
2017.12.02 / 11:30
Müəllif
Nigar İxtiyarqızı
Oxunub
10 727
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla