Yuxarı

Tanınmış müğənnimizi zəhərlədilər, xəstəxanaya düşdü

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir aya yaxın xəstəxanada yatan müğənni Aytac Vidadıqızı zəhərləndiyini açıqlayıb.

Qaynarinfo.az xəbər verir ki, mərhum müğənni Vidadi Bərdəlinin qızı el şənliklərinin birində onu zəhərlədiklərini iddia edib:

"Əslində bu barədə danışmaq istəmirəm. İstəmirəm ki, bu cür xəbərlər yayılsın. El şənliklərin birinə dəvət olunmuşdum, ya yeməyimə, ya da çayıma nəsə qatmışdılar. Zəhərləndim, çox əziyyət çəkdim. Özümü çox pis hiss elədim, həmin günü evdə yatdım. İnsan gərək sənət dostlarını çox yaxına buraxmasın. Bəzi musiqiçilərdən uzaq durmaq lazımdı. Çünki əksəriyyəti adama pul gözündə baxır. Əslində məni zəhərləyən adamın kimliyini bilirəm. Amma bir gün hər şeyi açıqlayacam".

Aytac onu zəhərləyən şəxsin adını açıqlamayıb:

"O kimdir ki, mən onun adını çəkim? Mən zəhərləndim, xəstə yatdım, yanıma nə qədər adam da gəldi-getdi. O vaxtdan bu yana kimi səsim də nasazlayıb. Demək olar ki, səsim də batmışdı. İndi-indi özünə gəlir. Əziyyət çəkirəm, müalicələr yenə davam edir. Çox şükür ki, el şənliklərinə gedirəm. Amma səsim indi-indi özünə gəlir. Həmin adam bəlkə də indi mənə baxır. Ona demək istəyirəm ki, özünü yığışdır. Bilirəm ki, bunu sən eləmisən. Bir də belə bir hal baş versə, onunla mən başqa cür hərəkət edəcəm. Mən bilirəm nə edəcəm".

Qeyd edək ki, bir müddət əvvəl müğənni Mirkamil də qəsdən zəhərləndiyini bildirmişdi.

Tarix
2018.03.23 / 21:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

Prezident Xankəndi ilə bağlı mühüm faktları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla