Yuxarı

ADU-da imtahanın gedişi izlənildi – Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universitetində (ADU) 2017-2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə mediatur təşkil olunub.

Kult.az xəbər verir ki, “Respublika”, “Azərbaycan müəllimi”, “Səs”, “İki sahil”, “525-ci qəzet”, “Həftə içi” qəzetlərinin, Axar.az, Azedu.az, Tehsil-press.az, Moderator.az və digər saytların nümayəndələri imtahan otaqlarına baxış keçirərək, gedişat ilə tanış olublar.

Monitorinq başa çatdıqdan sonra imtahanlarla bağlı təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb. Universitetin tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev imtahan sessiyasının gedişi barədə ətraflı məlumat verib. O bildirib ki, 2017-2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədi ilə ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla tərəfindən müvafiq əmr imzalanıb:

“İmtahan sessiyası əyani şöbədə 1 iyun 2018-ci il tarixində başlayıb, 7 iyul 2018-ci ilədək davam edəcək. İmtahanlararası müddət minimum 2 gün, imtahanlara ayrılmış vaxt 2 saat müəyyənləşdirilib”.

Ə.Abdullayev imtahanların təşkili, yoxlama prosesi, biletlərin strukturu haqqında danışıb. Prorektor, həmçinin imtahan nəticələrindən narazı olan tələbələrin apelyasiya şikayəti vermək hüquqlarından söz açıb. O, ADU-nun qapılarının daim hər kəs üçün açıq olduğunu deyib.

Görüş zamanı ADU-nun əməkdaşları media nümayəndələrinin suallarını cavablandırıb.

Tarix
2018.06.12 / 14:28
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla