Yuxarı

Zeynəb Paşanın xatirəsinə qarşı təxribat – Büstü götürüldü

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təbriz şəhərində Azərbaycanın tarixi qəhrəmanlarından olan Zeynəb Paşanın büstü Bələdiyyə İdarəsi tərəfindən götürülüb.

Kult.az xəbər verir ki, Zakir-Çaykənar kəsişməsində quraşdırılan büst gecə saatlarında gizli şəkildə götürülüb. Bu işin təşkilatçısının Təbriz bələdiyyə başqanının mədəniyyət və incəsənət işləri üzrə müşaviri, məşhur paniranist İsfəndyar Qarabaği olduğu ehtimal edilir.

Zeynəb Paşanın büstü ötən illərdə azərbaycanlı heykəltəraş Əhəd Hüseyni tərəfindən hazırlanıb. Həmin büstün biri də Təbrizin Məşrutə Evində qoyulub.

Xatırladaq ki, Zeynəb Paşa qadın əqidədaşları ilə birlikdə Qacarlar dövrünün sonlarında zülmə qarşı mübarizədə böyük rol oynayıb, demokratiya və məşrutə inqilabı uğrunda kişilərlə çiyin-çiyinə mübarizə aparıb. Təbriz bazarını gəzərək hər kəsi mübarizəyə dəvət edən Zeynəb Paşa Təbrizdə aclıq zamanı taxıl anbarlarını açdırıb taxılı xalqa paylayan, eləcə də Tənbəki üsyanına rəhbərlik edən mübariz Azərbaycan qadınıdır.

Tarix
2018.11.10 / 16:14
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla