Yuxarı

Azərbaycanda yol qəzaları: 527 ölü, 1244 yaralı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda baş verən yol qəzalarının statistikası açıqlanıb.

Dövlət Statistika Komitəsindən Axar.az-a verilən məlumata görə, bu ilin yanvar-sentyabr aylarında ölkənin avtomobil yollarında 1284 və ya 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 2,4 faiz azalaraq 1771 nəfər olub. Həmin hadisələrdə 527 ölüb, 1244 nəfər isə xəsarət alıb.

Hadisələrin 40,4 faizi gündüz, 40,0 faizi gecə, 19,6 faizi isə toran vaxtı baş verib, 29,3 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Məlumatda qeyd olunur ki, yol-nəqliyyat hadisələrinin 89,5 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 9,7 faiz artaraq 407 nəfər, yaralananların sayı isə 0,8 faiz azalaraq 1172 nəfər olub. Bütün yol-nəqliyyat hadisələrinin 44,1 faizi (ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz az) nəqliyyat vasitələrinin və piyadaların, 34,6 faizi (5,5 faiz çox) bir neçə nəqliyyat vasitəsinin, 21,3 faizi (2,6 faiz çox) bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 77,2 faizini, yaralananların isə 74,5 faizini kişilər təşkil edib. Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 32 hadisə baş verib, nəticədə 13 nəfər ölüb, 31 nəfər yaralanıb. Belə hadisələrin 71,9 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

Tarix
2018.11.13 / 23:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla