Yuxarı

Rejissorlarımızın filmi İsraildə təqdim olundu – Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 4-də İsraildə keçirilən “Near Nazareth İnternational” Film Festivalı çərçivəsində Rüfət Əsədov və Vüsal Nazimoğlunun rejissoru olduqları “Peyğəmbər İereminin göz yaşları” sənədli filminin təqdimat mərasimi olub.

Kult.az Teleqraf.com-a istinadla xəbər verir ki, mərasimdə film festivalının direktoru Liliya Berman, İsrail-Azərbaycan Beynəlxalq Azİz Assosiasiyasının rəhbərliyi, həmçinin digər rəsmi şəxslər iştirak edib.

“Picmus Production” (Azərbaycan) və “İsrail-Azərbaycan Assosiasiyası”nın (İsrail) birgə istehsalı olan filmin çəkilişləri bir sıra ölkələrdə - İsraildə, ABŞ-da, Almaniyada və Azərbaycanda aparılıb.

Sözügedən film Azərbaycan ərazisində doğulmuş, hazırda isə dünyanın müxtəlif ölkələrində yaşayan dağ yəhidilərinin həyatından bəhs edir.

Tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan filmin nümayişindən sonra son dərəcə həssaslıqla lentə alınmış ekran işinin rejissorları və yaradıcı heyəti müvafiq mükafatlarla təltif ediliblər.

Rüfət Əsədov film haqqında qeyd edib ki, 84 dəqiqəlik tammetrajlı sənədli filminin lentə alınmasında məqsəd Azərbaycanda tolerant mühitin mövcudluğunu, eyni zamanda dini konfessiyaların bərabər, sülh şəraitində yaşadıqlarını dünyaya nümunə olaraq nümayiş etdirməkdən ibarət idi:

“Vətəndən kənarda yaşayan Azərbaycanın dağ yəhudiləri barədə çəkilmiş ekran işi çox həssaslıqla yanaşdığımız bir layihədir. Filmdə fikirləri səsləndirilən dağ yəhudiləri Azərbaycanı anti-semitizmin olmadığı bir ölkə kimi göstərərək, burada yəhudilərin milli kimliyinə görə heç bir problemlə üzləşmədiklərini bildiriblər. Bir sözlə, filmin bütün qəhrəmanları dünyaya göz açdıqları doğma Azərbaycana olan məhəbbətlərini ifadə ediblər”.

Rejissor Azərbaycanda, eləcə də İsraildə bu layihəyə dəstək verənlərə minnətdarlığını da dilə gətirib:

“Bu layihəyə Vüsal Nazimoglu ilə birgə başladıq. Öz adımdan və Vüsal Nazimoğlunun adından bu layihədə əziyyəti olan, filmin çəkilməsinə dəstək verən dostlara təşəkkürümü bildirirəm”.

Tarix
2018.12.06 / 13:51
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla