Yuxarı

Zakir Həsənov MDB-nin 71-ci iclasında - Foto

Ana səhifə Digər Hərb
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 30-da Moskvada MDB ölkələrinin Müdafiə Nazirləri Şurasının (MNŞ) 71-ci iclası keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov iştirak edib. MDB İcraiyyə Komitəsinin, MDB-nin iştirakçısı olan ölkələrin Müdafiə Nazirləri Şurası Katibliyinin, MDB Antiterror Mərkəzinin və MDB Sərhəd Qoşunları Komandanları Şurasının Əlaqələndirmə Xidmətinin nümayəndələri də iclasa qatılıblar.

Müdafiə Nazirləri Şurası MDB silahlı qüvvələrinin 2017-ci il üçün birgə tədbirlər planını təsdiq edib, 2016-ci ildə Beynəlxalq Ordu Oyunlarında MDB silahlı qüvvələrinin komandalarının iştirakı məsələsini nəzərdən keçirib və 2020-ci ilə qədər MDB silahlı qüvvələrində hərbi-tətbiqi idman növlərinin inkişafı yollarını müəyyənləşdirib.

Birlik ölkələrinin müdafiə nazirləri dövlət sirrinin mühafizəsi xidmətlərinin inkişafını, radiasiya, kimyəvi və bioloji vəziyyətin qiymətləndirilməsi və ona nəzarət sahəsində qarşılıqlı əməkdaşlığı, gizli məlumatları məxfiləşdirən “Parol” avadanlığından təkrar istifadə qaydasını bəyəniblər, habelə 2015-ci il ərzində MDB ölkələri silahlı qüvvələri aviasiyasının uçuşlarının təhlükəsizlik vəziyyətini təhlil ediblər.

MDB-nin hava hücumundan birləşmiş müdafiə sisteminin gələcək inkişafı çərçivəsində bu sistemin fəaliyyətinin, habelə Birlik ölkələrinin hava hücumundan müdafiə hissələrinin və bölmələrinin birgə təlimlərinin təşkilinin maliyyə təminatı məsələləri bəyənilib.

Tarix
2016.11.30 / 20:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla