Yuxarı

Prosineçki “Bursaspor”la razılığa gəlməsindən danışdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

20:25

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Türkiyə superliqasında yarışan “Bursaspor”la razılığa gəlib.

Qol.az-ın xəbərinə görə, "Bursaspor" rəsmiləri ilə xorvat mütəxəssis arasında keçirilən görüşün nəticəsində tərəflər 2.5 illik müqavilə imzalamaqla bağlı razılığa gəlib. Qəzet yazıb ki, R.Prosineçki yaxın günlərdə Bursaya gedərək müqaviləyə imza atacaq.

Bursa.com saytının yazdığına görə isə, Prosineçki ilə danışıqlar üçün klubun futbol şöbəsinin müdiri Yüksel Çolak Bakıya gəlib.

Qeyd edək ki, ötən həftənin sonu "Bursaspor" baş məşqçisi Həmzə Həmzoğlunu istefaya göndərib.

Xatırladaq ki, R.Prosineçki 2014-cü ilin dekabrın əvvəllərində millimizə baş məşqçi təyin olunub. Onunla müqavilənin müddəti 2017-ci ilin dekabrında başa çatır.

23:12

"Bursaspor"un vitse-prezidenti Ali Ademoğlu millimizin baş məşqçisi Robert Prosineçki ilə maraqlandıqları barədə xəbərləri təsdiqləyib.

APA xəbər verir ki, klub rəsmisi xorvatiyalı mütəxəssislə ilkin danışıqlar apardıqlarını bildirib.

"Klub nümayəndələri Azərbaycandadırlar. Qısa zaman ərzində məsələ ilə bağlı son məlumatları bildirəcəyik. Prezidentimiz Ali Ayla birgə hazırda Ankaraya qayıdırıq. Axşam saatlarında İdarə Heyətimiz bir araya gələrək qərarı açıqlayacaq", - deyə, Ademoğlu bildirib.

Türkiyədən dəvət aldığını təsdiqləyən Prosineçki açıqlamasında qısa danışıb: "Təklifə hörmətlə yanaşdım, amma "Bursaspor" rəsmilərinə bildirdim ki, mərhələnin sonuna qədər Azərbaycan millisi ilə müqaviləm var. Bu səbəbdən mənim o kluba keçməyim doğru deyil".

Qeyd edək ki, "Bursaspor"un Prosineçki ilə 2,5 illik müqavilə imzalamaqla bağlı razılığa gəldiyi iddia edilir.

Tarix
2017.01.23 / 23:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla