Yuxarı

Gimnastlarımızın çox yaxşı şansları var - Federasiya

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan gimnastlarının Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında çox yaxşı şansları var.

Trend-in verdiyi məlumata görə, bunu jurnalistlərə Azərbaycan gimnastika Federasiyasının Baş Katibi Fərid Qayıbov bildirib.

Federasiyasının Baş Katibi bildirib ki, Azərbaycan İslam oyunlarında gimnastikanın üç növündə təmsil olunacaq: "Bu - kişi və qadın idman gimnastikası və bədii gimnastikadır. Gimnastikanın hər üç növü olimpiya idman növüdür".

F. Qayıbov qeyd edib ki, bu gün püşkatma vasitəsilə İslam Oyunlarında idmanın bu növləri üzrə yarışlarda idmançıların çıxışlarının qaydası müəyyən edilib: "Püşkatma şəffaf şəraitdə keçirilib. Mən hesab edirəm ki, püşkatma alındı. Psixoloji baxımdan idmançılar üçün çıxışların ardıcıllığını əvvəlcədən bilmək çox vacibdir. Ona görə ki, bir idmançı üçün ilk çıxış etmək çox çətindir, digərləri üçün isə əksinə bu asandır".

Qayıbov bildirib ki, bədii gimnastika üzrə həm komanda yarışları və həm də final olacaq: "Azərbaycan gimnastlarının İslam oyunlarında çox yaxşı şansları var. Marina Durundaya çox böyük ümidlər var. Əfsuslar olsun ki, o, zədəyə görə sabah Bakıda başlayacaq dünya Kubokunda çıxış edə bilməyəcək. Lakin mən inanıram ki, Durunda İslam oyunlarında iştirak edəcək".

Qayıbov bildirib ki, İslam oyunları dərhal sonra, Azərbaycan gimnastları avropa çempionatına yollanacaqlar: "Bu cari ildə Olimpiya Oyunlarından sonra ilk mühüm qitə yarışıdır və bizim üçün çox böyük əhəmiyyəti var".

Kişilər arasında idman gimnastikası haqqında danışarkən, Gimnastika Federasiyasının Baş Katibi bildirib ki, Azərbaycan gimnastı Murad Ağarzayevdən yaxşı nəticələr gözləyir: "Murad Ağarzayev ötən il yuniorlar arasında Avropa çempionatında çıxış edib. Bu yarışlarda o, ilk dəfə böyüklər arasında çıxış edəcək. Ağarzayev bu il Bakıdakı dünya

Kubokunda çıxış edib, ötən həftə isə Rumıniyada Avropa çempionatında. Qızıl medal haqqında danışmaq çətin olsa da, biz ondan yaxşı nəticələr gözləyirik".

Qayıbov bildirib ki, Bense Telas da Azərbaycan komandasında yeni gimnastdır: "Ağarzayev və Talas bu cür irimiqyaslı yarışlarda ilk dəfə çıxış edəcəklər. Onlardan biz ilk növbədə finala düşmələrini gözləyirik. Finalda isə, mən düşünürəm ki, onlar öz rəqibləri ilə mübarizə apara biləcəklər. Türkiyə gimnastları onların əsas rəqibləridir, çünki onlar idman gimnastikasında çox güclüdür. Onlar keçən həftə keçirilən Avropa Çempionatında finala yüksəliblər".

Fərid Qayıbovun sözlərinə görə, qadınlar arasında idman gimnastikasında da Azərbaycan komandasının yaxşı şanslarını var: "Komandanın lideri Marina Nekrasova zədələndi və Avropa çempionatında çıxış edə bilmədi. Amma biz inanırıq ki, o, İslam Oyunlarına qədər hazır olacaq".

Oleq Stepkonun Azərbaycan komandasında gələcək iştirakı imkanları barədə danışan Qayıbov bildirib ki, hələlik konkret heç nə demək olmaz: "Yalnız bir şeyi dəqiq deyə bilərəm - o, İslam Oyunlarında çıxış etməyəcək. Azərbaycan Stepko üçün çox iş görüb. O, Azərbaycanın sayəsində populyar olub. Bəzi idmançılar gəlir, başqaları gedir, bu, normal prosesdir. Əsas məsələ inkişafı təmin etməkdir".

Fərid Qayıbovun sözlərinə görə, hazırda Azərbaycanda gimnastikanın altı növü var və onlardan bəziləri son illər inkişaf etməyə başlayıb: "Biz idman gimnastikası üzrə yaxşı nəticələr əldə etməyə indi başlayırıq və mən gələcəkdə bizim öz gimnastlarımızın olmacağına ümid edirəm".

Fərid Qayıbov İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın bütün idmançılarına uğurlar arzulayıb.

Tarix
2017.04.28 / 00:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla