Yuxarı

“Dinamo” aləmi qatdı: “Qarabağ”, yoxsa “Qəbələ”?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiyev “Dinamo”su rəsmi saytı vasitəsilə Avstriya toplanışında oynayacağı rəqiblərin adlarını yayımlayıb.

APA-nın məlumatına görə, açıqlanan siyahıda “Qarabağ” da yer alıb.

Maraqlıdır ki, kiyevlilərin görüş üçün göstərdikləri tarixdə “Qəbələ” ilə oynayacaqları gözlənilir.

Məsələ ilə bağlı “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə əlaqə saxladıq. Klub rəsmisi bildirdi ki, planlarda heç bir dəyişiklik olmayıb, görünür ukraynalılar texniki səhvə yol veriblər. İyulun 4-də “Qəbələ” “Dinamo” ilə hazırlıq matçı keçirəcək.

“Qarabağ”ın mətbuat xidmətinin rəisi Nurlan İbrahimov da ukraynalı həmkarlarının səhv etdiklərini dedi. Belə ki, ağdamlıların rəsmisi saytımıza açıqlamasında oyunun təyin olunduğu tarixdə artıq Avstriyada olmayacaqlarını bildirdi.

Görünür “Dinamo Kiyev”in mətbuat xidməti təmsilçilərimizin adlarını səhv salıblar.

Tarix
2017.06.22 / 01:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla