Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Noyabr 2018


Formula-1-in vaxtı niyə dəyişdirildi? - Səbəb

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Formula-1 üzrə III Azərbaycan qran-prisinin 2018-ci ilin aprel ayının sonunda keçirilməsinin səbəbi açıqlanıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov APA-ya bildirib ki, gələn ilin may ayında Bakıda bir sıra əhəmiyyətli tədbirlər keçirildiyindən yarışın vaxtı dəyişdirilib:

"Gələn ilin may ayında Bakıda bir sıra əhəmiyyətli tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu səbəbdən müvafiq dövlət qurumları bizə müraciət edərək paddokun yerləşdiyi ərazini boşaltmağı xahiş edib. Nəticədə biz başqa tarixlər barədə düşünməyə başladıq. Ardınca biz kral birinciliyinin rəhbərliyinə müraciət etdik. İki variant var idi: aprelin sonu və ya iyunun əvvəli. Danışıqlardan sonra qran-prinin tarixinin dəyişdirilməsinə nail olduq. Bəxtimiz gətirdi ki, Rusiya tərəfi də Soçi qran-prisinin tarixini dəyişmək istədi. Nəticədə boşalan yeri biz tutduq. O ki qaldı sezonun final hissəsinə, orada hər şey həddən artıq yüklənib - biz anlayırdıq ki, ora düşməyə şansımız yoxdur. Əsas odur ki, aprel ayının sonunda hava şəraiti əlverişlidir, hətta arxada qoyduğumuz qran-prinin keçirildiyi tarixdən də yaxşıdır. Tribunalarda o qədər də isti olmayacaq. Bu səbəbdən biz daha çox azarkeş toplamağı planlaşdırırıq".

Xatırladaq ki, Formula-1 üzrə II Azərbaycan qran-prisi 23-25 iyun tarixlərində baş tutub.

Tarix
2017.07.01 / 11:23
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

İdmançımız Portuqaliyada dünya çempionu oldu

Güləşçimiz dünya çempionatının finalına yüksəldi

Salman "Roma"nı almaq istədi: Rədd cavabı...

UEFA-dan "Qəbələ"yə şad xəbər: 250 min avro...

Qurban Qurbanovdan millinin vacib oyunu öncəsi açıqlama

Azərbaycan klubu liqadan uzaqlaşdırıldı – Səbəb

Millimiz Ukrayna ilə qarşılaşdı, bir qol vuruldu

Türkiyəli nazir Bakıda: Olimpiya komitəsində görüş... - Foto

Deputat paralimpiyaçıları təbrik etdi - Foto

100-dən çox idmançı mübarizəyə qatıldı - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla