Yuxarı

Azərbaycan-İspaniya matçında "yeyilən" 500 min avro

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya yığmasının 2009-cu ildə Azərbaycan millisi ilə keçirdiyi yoxlama görüşü ilə bağlı şok ittiham ortaya atılıb.

APA-nın məlumatına görə, ispanların Bakıya gəlməsi üçün AFFA-dan alınan pulun yarıdan çoxu mənimsənib.

Bildirilir ki, həmin vaxt AFFA qarşı tərəfə bu səfər üçün 700 min avro ödəniş edib. Lakin bu yaxınlarda korrupsiya əməllərinə görə həbs edilən İspaniya Futbol Federasiyasının prezidenti Anxel Mariya Vilyarın oğlu Qorka Vilyar bu məbləğin yalnız 200 min avrosunu yerli federasiyaya ödəyib. Qalan 500 min avronun “yeyintidə” istifadə edildiyi faktı ortaya çıxıb.

Maraqlıdı ki, bu, Vilyar ailəsinin yeganə qanunsuz hərəkəti olmayıb. Onlar bir neçə dəfə analoji addıma əl ataraq, şəxsi büdcələrini zənginləşdiriblər. Qorka Vilyar 2012-ci ildə Cənubi Koreya ilə oyun üçün qarşı tərəfdən aldıqları 1,2 milyon avronun da 870 minini İspaniya Futbol Federasiyasının büdcəsinə köçürüb.

Qeyd edək ki, 2009-cu il iyunun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Azərbaycan – İspaniya qarşılaşması qonaqların 6:0 hesablı qələbəsi ilə nəticələnib.

Tarix
2017.07.21 / 23:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla