Yuxarı

"Qarabağ" debütantın müqavimətini 90-da qırdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 27-də futbol üzrə Topaz Premyer Liqasında X tura start verilib.

Axar.az xəbər verir ki, ilk oyun günündə lider Ağdamın “Qarabağ” komandası doğma meydanda paytaxtın “Səbail” klubunu qəbul edib. “Azərsun Arena”da keçirilən matçda Ağdam komandası 1:0 hesabı ilə qalib gəlib. Rəvan Həmzəzadənin idarə etdiyi oyunda yeganə qolu 90-cı dəqiqədə Əfran İsmayılov paytaxt təmsilçisinin qapısından keçirib.

Bu qələbədən sonra aktivindəki xallarının sayını 22-ə çatdıran “Qarabağ” turnir cədvəlində liderliyini möhkəmlədib. “Səbail” klubu isə doqquz xalla altıncı pillədədir.

Qeyd edək ki, turun ikinci günündə “Kəpəz” komandası “İnter”in qonağı olacaq. Görüş “İnter Arena”da keçiriləcək. Günün növbəti oyununda “Zirə” və “Qəbələ” klubları Zirə Olimpiya İdman Kompleksində qarşılaşacaqlar.

Turun sonuncu matçı oktyabrın 29-da “Bakcell Arena”da “Neftçi” və “Sumqayıt” komandaları arasında oynanılacaq.

Tarix
2017.10.27 / 22:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla