Yuxarı

FİFA tarixi qərarı verdi: Rusiyada hakimlərə kömək ediləcək

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Futbol Federasiyası (FİFA) və Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) hakimlərə video kömək sisteminin (VAR) qaydalara daxil olunmasını dəstəkləyib. Həmçinin VAR sistemi 2018-ci il keçiriləcək futbol üzrə dünya çempionatında da istifadə ediləcək.

Axar.az xəbər verir ki, bu qərar fevralın 3-də İFAB-ın FİFA rəhbəri Canni İnfantinonun rəhbərliyi ilə keçirilən iclasından sonra qəbul olunub.

Hakimlərə video kömək sistemi artıq Fransa və İtaliya kimi bir neçə Avropa ölkəsində, həmçinin 2017-ci il Konfederasiyalar Kubokunda istifadə edilib. Fevralın sonlarında UEFA rəhbəri Aleksander Çeferin Çempionlar Liqasının gələn mövsümdəki oyunlarında VAR sisteminin tətbiq edilməyəcəyini bildirib.

Bu sistemin məqsədi qol, penalti, oyunçunun meydançadan qovulması və futbolçuların sarı və qırmızı kartla cəzalandırılması zamanı səhvlərdən yayınmaqdır.

Xatırladaq ki, DÇ-2018 iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək.

Tarix
2018.03.03 / 19:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla