Yuxarı

"Neftçi"nin baş məşqçisi: "Sevilya” ilə bağlı...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 12-də Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Dalğa Arena”da "Neftçi” – "Uypeşt” oyunu keçiriləcək.

Axar.az xəbər verir ki, oyun öncəsi komandamızın baş məşqçisi Roberto Bordin və kapitan Ruslan Abışovun iştirakı ilə mətbuat konfransı təşkil olunub. "Dalğa Arena”da baş tutan tədbirdə əvvəlcə oyun haqqında fikirlərini bildirən italiyalı mütəxəssis sonra jurnalistlərin suallarını cavablandırıb. O deyib: "Yeni mövsümün başlanması ilə əlaqədar çox xoşbəxtik. Şadıq ki, ilk matçı Azərbaycanda – azarkeşlərimizin qarşısında keçirəcəyik. Çünki birinci oyun həmişə çox vacibdir. Bilirik ki, rəqib güclü komandadır. Onlar yaxşı hazırlıq keçiblər. Biz də son bir ayı boş keçirməmişik, yaxşı hazırlaşmışıq. Futbolçular da ilk oyuna hazırdır. Ona görə, mövsümə çox yaxşı başlamaq istəyirik. Hazırda "Sevilya” haqda düşünmürük. Fikrimizi "Uypeşt”lə oyunlara yönəltmişik”.

Sonra Ruslan Abışov fikirlərini açıqlayıb: "Müəyyən aradan sonra ilk oyuna çıxacağıq. Yeni baş məşqçimiz var, yeni oyunçular gəlib. Yaxşı hazırlıq keçmişik. Var gücümüzlə oynayacağıq. Rəqibimiz Macarıstanın ən köklü klublarından biridir. Buna baxmayaraq, yaxşı nəticə qazanmaq istəyirik. Hər bir futbolçu mərhələni adlayıb, "Sevilya” kimi məşhur komandaya qarşı oynamaq istəyər”.

Mətbuat konfransından sonra komandamızın ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olan məşqi baş tutub.

Tarix
2018.07.12 / 01:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla