Yuxarı

Boksçularımızdan Rusiyada böyük uğur: 1 qızıl, 2 bürünc

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Xantı-Mansiysk şəhərində Sibirdə nefti kəşf edən həmyerlimiz Fərman Salmanovun xatirəsinə həsr olunmuş Neft Ölkələrinin XVI Dünya Kuboku keçirilib. Yarışda Azərbaycan millisinin boksçuları da güclərini yoxlayıblar.

Azərbaycan Boks Federasiyasından Axar.az-a bildiriblər ki, təmsilçilərimizdən Məhəmməd Abdullayev turniri qızıl medalla başa vurub. Doxsan bir kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançımız finalda fransalı Camili Aboudo-Moindzeni 5:0 hesabı ilə məğlub edib.

Məhəmməd Abdullayevlə yanaşı, Məsud Yusifzadə (52 kq) və Rauf Rəhimov (81 kq) da fəxri kürsüdə yer alıblar. Boksçularımız yarışı üçüncü pillədə başa vurublar. Onlar yarımfinalda müvafiq olaraq, rusiyalı Bator Saqulayev (1:4) və fransalı Ntambve Qaetana (0:5) uduzublar.

Beləliklə, Neft Ölkələrinin Dünya Kubokunda 1 qızıl və 2 bürünc medal qazanan kişilərdən ibarət yığmamız komanda hesabında üçüncü yeri tutub. Ev sahibi Rusiya isə həm kişilərin, həm də qadınların mübarizəsində birinci olub. Onlar 16 ölkənin qatıldığı turnirdə 32 (10-9-13) medala yiyələniblər.

Tarix
2018.12.17 / 20:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla