Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Sentyabr 2017


Azərbaycanda vilayətlər yaradıla bilər

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadi çətinliklər fonunda rayonlarda xüsusi iqtisadi zonaların yaradılması, inzibati-administrativ bölgüyə yenidən baxılması, rayonların birləşdirilib sayının azaldılması yenidən müzakirə mövzusuna çevrilib. Bəzi məlumatlara görə, Azərbaycanın xarici sahibkarlara əlçatanlılığının təminatı, investisiyaların cəlbi baxımından ciddi islahatlar aparılacağı istisna edilmir. Bu islahatlar nəticəsində ölkə ərazisindəki rayonların birləşdiriləcəyi, Sumqayıt, Quba, Qəbələ, Şirvan, Şamaxı, Lənkəran, Beyləqan, Bərdə, Gəncə, Göyçay, Yevlax, Şəki, Şəmkir vilayətlərinin yaradılacağı bildirilir.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev Modern.az-a deyib ki, hələlik bu barədə rəsmi fikir yoxdur:

“Bu, dövlət başçısının səlahiyyətlərinə aid olan məsələdir. Əgər doğrudan da dövlət başçısı perspektiv və nəticələri nəzərə alaraq belə bir məsləhət görəcəksə, bu birləşmələr zərurət olacaq. Amma şəxsən bir vətəndaş olaraq belə addımlara getməzdən əvvəl diqqətli olmağın vacibliyini demək istəyirəm. Çünki Azərbaycan kiçik bir ölkədir. Məsələn, Rusiya kimi bir ölkənin elə bir quberniyası var ki, orada 18-20 milyon əhali yaşayır. Orada yaradılan quberniyalar effekt verir yoxsa yox, biz bunu deyə bilmərik. Amma Azərbaycanda vilayətlərin yaradılması ilə bağlı danışılsa da, söhbətlər getsə də, qəti bir təklif yoxdur”.
Deputat, ayrı-ayrı rayonların birləşdirilərək vilayət yaradılması ilə mərkəzi hakimiyyətin yükünün azaldılacağı fikirlərini də şərh edib:

“Əvvəllər belə olub. Vilayətlərin yaradılması düşünülmüş şəkildə olmalıdır. Bəzi sahələr var ki, regionlarda şöbələri yaradılıb. Açığını deyim ki, bunlar çox vaxt effekt vermir. Məsələn, adi bir işıq məsələsini həll etmək üçün rayonda olan işıq idarəsinə müraciət edirsən, amma həll edə bilmirlər. Onlar ötürür regional idarəyə, oradan da Bakıya. Bu da uzun müddət alır.

Biz bu gün hakimiyyəti yerlərə köçürməliyik ki, icraetmə çevik olsun. Mərhələli şəkildə olmaq özünü doğrultmur. Təxminən 1960-cı illərdə Xruşşov hakimiyyətə gələndə rayonların birləşdirilməsinə start verildi. Bir müddət sonra isə aclıq başladı. Çünki bir neçə rayon birləşdikdən sonra, digər rayon sakinləri bir sənəd almaq üçün 50-100 kilometr yol qət edərək mərkəzə gəlmək məcburiyyətində qaldılar. Ondan sonra Brejnev hakimiyyətə gələn kimi həmin idarəetməni ləğv etdi.

Bu baxımdan düşünürəm ki, ölkə inkişafa gedirsə, yeni islahatlar reallaşdırılmalıdır. Ancaq bunun perspektivləri nəzərə alınmalıdır. Əgər çətinliklər olacaqsa, belə riskə getmək olmaz. Reallıqdır ki, bəzi dövlətlər neftin qiymətini kəskin şəkildə ucuzlaşdırmaq riskinə gedirlər və dünya çalxalanır. Ona görə də hər bir addımda fikirləşmək lazımdır. Cənab Prezident səlahiyyətləri daxilində bu prosesləri hamıdan yaxşı bilir, əgər belə bir islahatın keçirilməsi vacib olacaqsa, bir vətəndaş kimi bunu dəstəkləyəcəyik”.

Tarix
2016.12.03 / 17:15
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

FES-dən dolların taleyi ilə bağlı - Qərar

ABŞ-ın tədqiqat mərkəzi: "Azərbaycan özünü sübut edib"

Nazir açıqladı: Bu ölkəyə ticarət nümayəndəmiz təyin ediləcək

Bu, iqtisadiyyatımızın inkişafı üçün vacibdir - Millət vəkili

“Azəriqaz” ilk dəfə bu kəndə qaz verdi

“Kapital Bank”dan yeni güzəştlər: “Birlik Klubu”

Bu rayonlarda qaz olmayacaq

Daha iki şirkət Bakını tərk edir

Dollar ucuzlaşır: manatın məzənnəsi necə olacaq? – Şərh

Bakıda evlər bahalaşacaq

KULT
<>
Xəbər xətti
 
SORĞU
Harada dincəlmək istəyərdiniz?
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla