Yuxarı

ABŞ-ın sanksiyaları "Türk axını"na təsir edəcəkmi?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ sanksiyaları səbəbindən "Şimal axını-2" və "Türk axını" layihələrinin maliyyələşdirilməsi ilə bağlı risklər layihələrin gecikməsinə səbəb ola bilər.

Report xəbər verir ki, bu barədə "Mudis" beynəlxalq reytinq agentliyinin hazırladığı hesabatda bildirilib.

Hesabatda qeyd olunub ki, sanksiyalar haqqında qanun "Qazprom"un podratçı şirkətlərinin, o cümlədən layihə investorlarının, kreditorların fəaliyyətini təhlükə altında qoyur və hər iki qaz boru xətti kəməri layihəsinin inşasının gecikməsi riskini yaradır.

"Mudis" "Şimal axını 2" layihəsinin maliyyələşdirilməsində "Qazprom"un uzunmüddətli və əlverişli kreditlərdən istifadə etməyi planlaşdırdığını, amma sanksiyaların buna mane ola biləcəyini bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp avqustun 5-də Rusiyanın bir sıra iqtisadi sahələrinə sanksiyalar tətbiq edilməsi barədə qanun imzalayıb. Qanuna görə, ölkə başçısı Rusiyanın dəyəri 5 mln. ABŞ dollarından artıq olan ixrac boru kəməri layihələrinin inşasına sərmayə qoyan şəxslərə qarşı sansksiyalar tətbiq edə biləcək. Qanunda həmçinin ABŞ-ın "Şimal axını 2" layihəsinə qarşı olduğu açıq şəkildə qeyd olunub.

Xatırladaq ki, "Şimal axını 2" layihəsi 55 milyard kubmetr gücə sahib olan iki qaz boru kəməri xəttinin Rusiya sahillərindən Baltik dənizi vasitəsilə Almaniyaya çatdırılmasını nəzərdə tutur. Yeni xəttin hazırda mövcud olan "Şimal axını" xətti ilə yanaşı çəkilməsi planlaşdırılıb.

Tarix
2017.08.10 / 21:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla