Yuxarı

Qonşu ölkədə maye qazın qiyməti qalxır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan milli valyutası GEL-in devalvasiyası ölkədə bəzi istehlak mallarının, o cümlədən yanacağın qiymətlərinin artmasına səbəb olub.

Report xəbər verir ki, neft məhsullarının ardınca avtomobillər üçün maye qazın (“avtoqaz”) da qiymətinin artacağı gözlənilir.

Mətbuatın Gürcüstan hökumətindəki mənbələrə istinadən yazdığına görə, yaxın günlərdə “avtoqaz”ın qiyməti hər kubmetr üçün 5-10 tetri bahalaşacaq. Hazırda “avtoqaz”ın bir kubmetri 1,40-1,42 GEL təşkil edir.

Qazdoldurma məntəqələrinin sahibləri qiymətlərin artacağını istisna etmirlər və bundan narahatçılıq keçirirlər. Bu məntəqələrin sahibləri qiymət artımından sonra satış həcminin aşağı düşəcəyindən ehtiyat edirlər.

“Avtoqaz”la yanaşı sıxılmış maye qazın da qiymətinin artacağı gözlənilir.

“İSLET GROUP” şirkətinin nümayəndəsi Yuri Cibutinin sözlərinə görə, hər şey milli valyutanın – larinin devalvasiyasından asılıdır. Əgər larinin ucuzlaşması davam edərsə maye qazın qiyməti mütləq qalxacaq.

“Ayrballon” şirkətinin nümayəndəsi Nodar Ramişvili də hesab edir ki, milli valyutanın qiymətdən düşməsi qazın qiymətinin artmasına səbəb olacaq.

Ekspertlərin fikrincə “avtoqaz”ın qiymətinin artması isə ölkədə istehlak qiymətlərinin, xüsusən kənd təsərrüfatı məhsullarının qiymətlərinin bahalaşmasına, son nəticədə iqtisadiyyatın zəifləməsinə səbəb olacaq.

Tarix
2017.11.12 / 19:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla