Yuxarı

ABŞ yenə imkan vermədi: neft ucuzlaşır

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gözlənildiyi kimi, neftin dünya bazar qiymətində yenidən azalmalar müşahidə edilməyib başlayıb. “Brent” markalı neftin hər barreli son 2 gündəö 3 faizə yaxın ucuzlaşaraq, 61,3 dollara enib.

Axar.az xəbər verir ki, iqtisadçı Vüqar Bayramov qiymət azalmalarının əsas səbəbinin ABŞ-da neft quyularının sayının artması və eləcə də Beynəlxalq Enerji Akademiyasının gələn il üçün neftə olan illik tələb proqnozunu gündəlik 190 min barrel azaltması olduğunu bildirib.

“Eyni zamanda, Liviya və Nigeriya oktyabrdan neft hasilatının əvvəlki səviyyəsini bərpa etməkdədir. İraq da neft nəqlini tam bərpa etməyə çalışır. Bununla yanaşı, Meksika da hasilatın artırılması üçün platformalarda yenidənqurma işlərini tamamlayıb. Neftin dünya bazar qiymətindəki son dəyişikliklər göstərir ki, yaxın illər üçün enerji bazarında mövcud şərtlər daxilində ciddi qiymət artımları gözləmək sadəlövhlük olardı. Digər tərəfdən, Çin şist neft hasilatına 90 milyard dollar sərmayə yönəltmək niyyətindədir. Bu isə qlobal bazarda yeni və daha aşağı qiymət tarazlığına gətirib çıxara bilər”.

Tarix
2017.11.15 / 13:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla