Yuxarı

Bu iri dövlət qurumları özəlləşdirilməlidir – Millət vəkili

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azəristiliktəchizat” kimi bir sıra problemli müəssisələrin özəlləşdirilməsinə ehtiyac var. Amma özəlləşdirməni elə aparmaq lazımdır ki, ciddi problemlər yaranmasın. Özəlləşdirilməyə gedən müəssisələrin sağlamlaşdırılma proqramları olmalıdır. Bu proqrama uyğun olaraq proses həyata keçirilməlidir.

Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov millət vəkili Qüdrət Həsənquliyevin Azərişıq ASC və Azəristiliktəchizat ASC-nin özəlləşdirilməsi təklifi barədə danışarkən deyib. Onun sözlərinə görə, bəzi qurumların özəlləşdirilməsi ona görə vacibdir ki, bu müəssisələr özəlləşdirildikdən sonra daha çox investisiya cəlb edə bilirlər:

“Son vaxtlar “Azərişıq”la əlaqədar demək olar ki, heç bir problem yoxdur. Bu qurum çox yaxşı fəaliyyət göstərir. “Azərişıq” bütün rayonlarda işıq problemini tez bir zamanda həll edib, transformatorları, işıq dirəklərini yeniləyib və s. “Azərişıq”dan fərqli olaraq “Azəristiliktəchizat”ın fəaliyyəti o qədər də qənaətbəxş deyil. “Azərsu” və “Azəristiliktəchizat”dan şikayət həddən artıq çoxdur. Ayın 20-si olmasına baxmayaraq, nə qədər evə hələ də istilik verilməyib. Halbuki istilik 15-də verilməli idi.

“Azəristiliktəchizatı” elə bu gündən başlayaraq özəlləşdirmək lazımdır”.

Ekspert bildirib ki, büdcə xərclərinin azaldılması baxımdan bu müəssisələrin özəlləşdirilməsi böyük əhəmiyyət kəsb edir:

“Bu müəssisələrin dövlət büdcəsinə yük olması fikri ilə tam razıyam. Ümumiyyətlə, dövlət büdcəsindən subsidiya alan bütün müəssisələrin yavaş-yavaş özəlləşdirilməsinə başlamaq lazımdır. Elə etmək lazımdır ki, büdcənin yükü yüngülləşdirilsin. Həm dövlət büdcəsinə əlavə vəsait gəlsin, həm də subsidiyalara xərclənən gəlirlər azaldılsın”.

Qeyd edək ki, millət vəkili Qüdrət Həsənquliyev “Azəriqaz”, “Azərişıq”, 2Azəristiliktəchizat", “Azərsu”, “Bakı Bus" kimi bütün xidmət sahələrinin özəlləşdirilməli olduğu badərə Musavat.com-a müsahibəsində deyib.

Tarix
2017.11.20 / 17:56
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla