Yuxarı

“Unibank” ötənilki fəaliyyətinin nəticələrini açıqladı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Unibank” 2017-ci ili 4 milyon 44 min manat mənfəətlə başa vurub.

Axar.az xəbər verir ki, bankın kapitalı əhəmiyyətli dərəcədə artıb. Nizamnamə kapitalı 2016-cı illə müqayisədə 1,8 dəfəyə yaxın artaraq, 125 milyon 686 min manata çatıb. Məcmu kapital 67 milyon 488 min manatadək artıb.

“Unibank”da əksər sahələr üzrə - kreditləşmə və qeyri-kredit məhsulları, əmanətlərin cəlbi, rəqəmsal bankçılıq üzrə göstəricilərdə artım qeydə alınıb.

Unibank KB ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynov bildirib ki, 2017-ci ildə səhmdarların yaxından dəstəyi ilə Bankın komandası daha yaxşı göstəricilərə nail olmaq üçün böyük səylə çalışıblar: “ Biz bankın bütün xidmət sahələri üzrə daha yaxşı nəticələr əldə etdik. Bir il ərzində bank iki dəfə kapitalını artırdı. İli mənfəətlə başa vurduq, rəqəmsal bankçılıqda yüksək göstəricilərə imza atdıq. Bu nəticələr bizim üçün Bankın orta müddətli strategiyasını uğurla həyata keçirməkdə yaxşı baza rolunu oynayacaq”.

Ölkədə ən geniş filial şəbəkəsinə malik banklardan biri olan “Unibank”, 32 filialı ilə 870 000 müştəriyə xidmət göstərir.

Ümumi kredit portfelinin həcminin azalmasına baxmayaraq, 2017-ci il ərzində verilmiş kreditlərin həcmi 2016-cı ilin nəticələri ilə müqayisədə 2,6 dəfə artıb.

Bank müştəri sayının da əhəmiyyətli dərəcədə artımına nail olub. Kiçik və orta sahibkarlıqla məşğul olan müştərilərin sayı 25% artıb. Biznes müştərilərin cari hesablarının qalıq məbləğləri 2 dəfə çoxalıb. “Unibank” əmək haqqı kartına sahib olan müştərilərin sayı 2,5 dəfə artıb.

Bununla yanaşı, 2017-ci ildə ölkə bank bazarında ilk dəfə “Unibank”da pərakəndə kreditləşmə sahəsində innovativ model tətbiq olunub. Nəticədə müştərilərə mümkün ən qısa müddətdə kreditin verilməsi xidməti yaradılıb.

Dövlət İpoteka Fondunun vəsaitləri ilə verilən ipoteka kreditləri üzrə illik satış 2 dəfədən çox artmaqla yanaşı, portfelin həcmi 50 milyon manatı keçib.

Parakəndə biznes istiqamətində qeyri -faiz gəlirləri və pul köçürmələrinin həcmi 115% artıb. Plastik kartların sayında il ərzində 20%-dən çox artım olub.

Ölkənin ən innovativ bankına çevrilməyi qarşısına məqsəd qoyan “Unibank”, ötən il rəqəmsal bankçılıq sahəsində də yüksək göstəricilər əldə edib. Ölkədə ən çox müştərisi olan mobil bank əlavəsi “Unibank Mobile” istifadəçilərinin sayı ötən il 100 000-i keçib. “Unibank Mobile” 2017-ci ildə beynəlxalq “Markswebb” agentliyi tərəfindən Azərbaycanın ən yaxşı mobil bank əlavəsi seçilərək, MDB ölkələri banklarının ilk 25-liyində yer alıb. Bununla yanaşı, “Unibank” 2017-ci ildə MasterCard-ın innovasiyalar üzrə nominasiyasının qalibi olub.

2017-ci ildə bank sektorunda ilk dəfə olaraq fərdi sahibkarlar üçün mobil bank əlavəsi – “Unibank Business Mobile”ı istifadəyə verilib. İl ərzində daha da təkmilləşdirilmiş İnternet Bank istifadəçilərinin sayı isə 1,7 dəfə artıb.

2017-ci ildə “Unibank” ölkə qiymətli kağızlar bazarının ən fəal iştirakçılarından biri olub. Bank, Bakı Fond Birjasının Listinq Məsləhət Proqramına qoşulub.

“Unibank” 2018-ci ili ölkəmiz üçün iqtisadi artım ili kimi qiymətləndirir, öz qısa və orta müddətli strategiyasını bu inkişaf planı üzərində qurur. Bank bu il kiçik və orta sahibkarlığın kreditləşdirilməsində öz aktivliyini daha da artıraraq, real sektorun müxtəlif sahələrinə dəstək verməkdə davam edəcəkdir. Pərakəndə bank xidmətləri sahəsində müştərilərə yeni məhsullar və daha yüksək xidmət təklif etməyi planlaşdırır. Rəqəmsal bankçılığın genişləndirilməsi bankın əsas prioritetlərindən biri olaraq qalacaq.

Tarix
2018.01.19 / 14:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla