Yuxarı

Manatla bağlı hansı narahatlıq var? - Ekspert detalları açdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər manatla bağlı ictimai narahatlığın səbəbləri ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənovun Axar.az-a müsahibəsini təqdim edirik:

- Bir neçə gün öncə dollarla bağlı anlaşılmazlıq dövriyyəyə buraxıldı. Hətta bəzi bankların 2 gün müddətində dollar satışını dondurduğu da iddia edildi. Bu narahatlıq nədən qaynaqlanırdı?

- Doğrudan da belə bir narahatlıq yaşandı. Bu narahatlıq təbii olaraq seçkidən öncə başlamışdı və seçkilərdən sonra ABŞ dollarının məzənnəsində dəyişikliyin olacağı, yəni manatın ucuzlaşacağı ilə bağlı ümumi fikir yaradılırdı. Bu fonda da ictimai narahatlıq artdı. Nəticədə isə valyuta bazarlarında xarici valyutaya tələb yüksəldi. Region ölkələrində - Rusiya, Türkiyə və İranda milli valyutaların əhəmiyyətli səviyyədə dəyərsizləşməsi və bu ölkələrin valyutanın məzənnəsini müdafiə edə bilməməsi nəticəsində Azərbaycan ictimaiyyətində və valyuta bazarında da müəyyən qədər manata münasibətdə şübhələr yarandı. Əlbəttə ki, müəyyən risklər yox deyildi. Bu gün bu risklər xüsusilə də idxalın həcminin artmasında daha çox müşahidə olunur. 2017-ci ilin ilk iki ayı ilə müqayisədə 2018-ci ilin eyni dövründə idxalın həcmi 480 milyon dollar artıb. Bu, çox ciddi göstəricidir. Eyni zamanda Dövlət Neft Fondunun valyuta satışlarında 510 milyon ABŞ dolları həcmində artımlar olub. Bu isə o deməkdir ki, tələb yüksəlib. Eyni zamanda, dövlət büdcəsi vəsaitləri hesabına ölkəyə idxalın məhdudlaşdırılması ilə bağlı qərarın müddəti 2018-ci il yanvarın 1-dən artıq başa çatıb. Yəni dövlət büdcəsinin xərclərində artım və bu xərclərin əhəmiyyətli hissəsinin, yəni 73%-nin, yaxud 2.5 milyard manatının infrastruktura yönəldilməsi və məhdudiyyətin aradan qaldırılması dövlət vəsaitləri hesabına idxalın həcminə ciddi təsir göstərir. Növbəti dövrlərdə də bu tendensiya davam etsə, bazarlarda manatın məzənnəsi üçün müəyyən təzyiq formalaşacaq. Bundan başqa, xarici ticarət tərəfdaşları – Rusiya, Türkiyə və İranda milli valyutaların dəyərsizləşməsi daxili bazarlardan ciddi valyuta axınına gətirib çıxara bilər. Çünki qeyd etdiyim ölkələrdə artıq “qara valyuta bazarları” formalaşır. Azərbaycandan da bu bazarlara valyuta axını mümkündür.

Təzyiqləri formalaşdıran digər istiqamətlərdən biri məhz prezident seçkilərindən sonrakı dövrdə bəzi isahatların həyata keçiriləcəyi ilə bağlı informasiyalardır. Bütün bunlar ictimaiyyətdə narahatlığa gətirib çıxardı və dollar alışı artdı.

- Hazırda mövcud vəziyyəti necə qiymətləndirirsiniz? Artıq valyuta bazarında stabilləşmə varmı?

- Stabilləşmə o baxımdan var ki, artıq ciddi narahatlıq və manata imansızlıq geridə qaldı. Ancaq vəziyyətin tam stabilləşdiyini də demək doğru olmaz. Rəsmi qurumlar artıq bu istiqamətdə müəyyən addımlar atır. Mərkəzi Bankın sədri səviyyəsində bu istiqamətdə açıqlamalar da verildi. Uçot dərəcəsinin azaldılması bu istiqamətdə ciddi risklərin gözlənilmədiyini təsdiqləyir. Çünki əgər belə risk mövcud olsaydı, Mərkəzi Bank bu siyasətini yumşaltmaq istiqamətində qərar qəbul etməzdi. İlkin narahatlıqlar aradan qalxdıqdan sonra bazarlarda müəyyən qədər stabilləşmə müşahidə edilir. Bazarda o qədər manat da yoxdur ki, 2015-ci ildə müşahidə edilən səviyyədə bir tələb formalaşsın. Ötən dövr ərzində əhalinin yığımlarının böyük hissəsi artıq valyutalara çevrilib.

- Bundan sonrakı dövrü necə proqnozlaşdırırsınız?

- Manatın məzənnəsinə müsbət səviyyədə təsir edən iqtisadi və yaxud da strateji valyuta ehtiyatlarının həcmində artımın baş verməsi kimi faktorlar var. Bu, müsbət istiqamətdir. Bununla yanaşı, neqativ təsir edən faktorlar da mövcuddur: Region ölkələrinin valyuta bazarlarındakı vəziyyət, növbəti dövrlərdə ehtimal olunan ciddi struktur islahatları və s.

Konkret proqnozlaşdırmaya gəlincə, ən azı Mərkəzi Bankın növbəti iclasına qədər, yəni iyun ayının 14-dək manatın sabit qalması ehtimalı yüksəkdir.

Tarix
2018.04.17 / 13:55
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla