Yuxarı

Neft baha, gəlir çox: bəs, rubl niyə ucuzlaşır? – Şərh

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya pulu “1 dollar 70 rubl” psixoloji həddinə yaxınlaşmaqdadır.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı alim Vüqar Bayramov qeyd edib. Ekspert bildirib ki, bu ilin fevralında 1 dollar almaq üçün 55 rubl ödəmək lazım idisə, indi artıq 69 rubldan artıq vəsait tələb olunur:

“Rusiya rublu yenidən ucuzlşamağa başlayıb. Son 1 ayda rubl 11 faizə yaxın dəyər itirib. Enerji məhsullarının qiymətinin yüksək və eləcə də Rusiya xarici ticarət göstəricilərinin pozitiv olmasına baxmayaraq, rəsmi Moskva milli valyutasını dəyərsizləşməkdən qoruya bilmir. Belə ki, 2017-ci ildə Rusiyanın ixracatı 353 milyard dollar, idxalı isə 238 milyard dollar olub. Bu isə o deməkdir ki, ötən il Rusiyada xarici ticarətdə 115 milyard dollar müsbət saldo olub. Enerji məhsullarının Rusiyanın ümumi ixracatında payı isə 60 faizdir. Tədiyyə balansında da Rusiyanın vəziyyəti pis hesab edilmir. Amma bunlara rəğmən ABŞ sanksiyaları fonunda rubl dəyər itirməkdədir. Güman olunur ki, Vaşinqton sanksiyaları sərtləşdirərsə, o zaman rublu yeni dalğalanmalardan qorumaq mümkün olmayacaq”.

İqtisadçının sözlərinə görə, rublun ucuzlaşması şimal qoşumuzda Azərbaycan məhsullarının bahalaşmasına gətirib çıxarıb:

“Əgər 1 ay öncə 100 manatlıq məhsulumuzun Rusiyada qiyməti 3676 rubl idisə, indi bu rəqəm 4084 rubladək dəyişib. Bu isə o deməkdir ki, şimal qonşumuzun milli valyutası ifadəsində hər 100 manatlıq məhsulumuz son 1 ayda Rusiya bazarında 408 rubl bahalaşıb. Rusiya Azərbaycanın qeyri-neft ixracatında 34 faizə malik olmaqla ixrac etdiyimiz aqrar məhsulların 90 faizə yaxınını alır. Rubl dəyərsizləşməkdə davam edərsə, bu, qeyri-neft məhsullarımızın Rusiya bazarında rəqabət imkanlarına təsir edə bilər”.

Tarix
2018.09.07 / 11:56
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla