Yuxarı

“Kapital Bank” beynəlxalq tədbirdə iştirak etdi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kapital Bank” ötən həftə İndoneziyanın Bali adasının cənubunda yerləşən Nusa Dua bölgəsində keçirilən Beynəlxalq Valyuta Fondunun (IMF) və Dünya Bankı qrupunun illik yığıncağında iştirak edib. Tədbirdə “Kapital Bank”ı İdarə Heyəti sədrinin birinci müavini Fərid Hüseynov təmsil edib.

Axar.az xəbər verir ki, builki tədbir zamanı dünya iqtisadiyyatının və qlobal maliyyə sisteminin perspektivləri, eləcə də yeni monetar siyasəti və qlobal ticarət, aparıcı texnologiyalar və iqtisadiyyatın inklüziv inkişafı, maliyyə texnologiyaları və rəqəmsallaşma dövründə vergilər, yoxsulluğun və korrupsiyanın aradan qaldırılması, insan kapitalının rolu ilə bağlı məsələlər müzakirə olunub.

“Artıq bir neçə ildir ki, “Kapital Bank” beynəlxalq tədbirlərdə fəal təmsil olunur və dünyanın bir sıra təşkilatları ilə əməkdaşlıq edir. Bu il İndoneziyada keçirilən tədbir zamanı da bir sıra maraqlı görüşlərimiz və tanışlıqlarımız oldu. Xarici təşkilatlarla əməkdaşlığın əsas məqsədi təcrübənin artırılmasına yönəlib. Növbəti həftə həmçinin ənənəvi SIBOS sərgisində iştirak edəcəyik. Builki iştirakımız əvvəlki illərlə müqayisədə daha fəal və fərqli olacaq”, - deyə, “Kapital Bank”ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Hüseynov bildirib.

Qeyd edək ki, “Kapital Bank” bir sıra yerli və beynəlxalq təşkilatlarla müxtəlif sahələrdə əməkdaşlıq edir. Gələcəkdə belə təşkilatların sayı artırılacaq.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2018.10.15 / 11:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla