Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Dekabr 2018


Azərbaycan bu ölkə ilə memorandum imzaladı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakutel-2018” beynəlxalq sərgi-konfransı çərçivəsində 4-cü Azərbaycan-Belarus Biznes Forumu keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, Belarus Respublikası Rabitə və İnformasiya Nazirliyi tərəfindən birgə təşkil olunan biznes forum Belarusun öz milli pavilyonu ilə təmsil olunduğu “Bakutel-2018” beynəlxalq sərgi-konfransı çərçivəsində keçirilir. O deyib ki, forumun keçirilməsi ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə təsadüf edir. “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu yaxınlarda Belarus Respublikasına etdiyi uğurlu rəsmi səfəri xüsusilə vurğulamaq istəyirəm. Bu səfər zamanı əməkdaşlıq sahələri üzrə bir sıra sənədlər imzalanıb ki, onlar arasında “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Belarus Respublikasının Rabitə və İnformasiya Nazirliyi arasında rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu” da yer alıb. Əminəm ki, bu sənəd ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın inkişafına və möhkəmlənməsinə töhfə verəcək, biz isə bütün bunları həyata keçirəcəyik. Yuxarıda qeyd olunanlardan çıxış edərək bizim bugünkü forum əlavə məsuliyyət daşıyır və biz əməkdaşlığımızın inkişafı üçün istiqamətləri müzakirə etməli və müəyyənləşdirməliyik”.

E.Vəlizadə qeyd edib ki, dövlətlərimizin İKT sahəsində intensiv əməkdaşlığı hər iki ölkənin potensialının gücləndirilməsinə və bütün sahələrdə qabaqcıl texnologiyaların, eləcə də, innovasiyaların tətbiqinə xidmət edir.

Belarus Respublikasının Prezidenti yanında Operativ-təhlil mərkəzinin şöbə müdiri Serqey Jernosek çıxış edib. O bildirib ki, tədbirdə İKT sahəsində fəaliyyət göstərən hər iki ölkənin dövlət və özəl qurumları arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Tədbir zamanı Belarus Respublikası Rabitə və İnformasiyalaşdırma Nazirliyinin “Tətbiqi proqram sistemləri İnstitutu” respublika elmi-mühəndis unitar müəssisəsi ilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Memorandumun əsas məqsədi Avropa İttifaqının “EU4Digital” proqramı çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrinin rəqəmsal bazarların uyğunlaşdırılması ilə bağlı birgə layihələrin işlənməsi və həmin layihələrin təşviqi üzrə əməkdaşlıq etməkdir. Bu əməkdaşlıq çərçivəsində regionlararası proqram çərçivəsində layihələrin planlaşdırılması və “EU4Digital” proqramında olan layihələrin (e-ticarət, e-logistika və s.) həyata keçirilməsi, Belarus Respublikası və Azərbaycan Respublikasında rəqəmli sistemlərin və xidmətlərin təşviqinə həsr olunmuş, etibarlı xidmətlər, elektron ticarət, logistika və rəqəmsal nəqliyyat dəhlizləri üzrə yerli layihələrin fəallığının və marketinq məsələlərinin birgə təşkili, birgə təkliflərin hazırlanması və çox istiqamətli layihə konsorsiumunun formalaşdırılması daxil olmaqla, “EU4Digital” proqramında olan layihələrin Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilməsinə dair işlərin koordinasiyası və səylərin birləşdirilməsidir.

Həmçinin, bir il müddətində qüvvədə olacaq Memoranduma əsasən, tərəflər etibarlı xidmətlər, e-ticarət, e-logistika və s. sahələrdə bilik və təcrübə mübadiləsinin aparılması, birgə tədbirlər və layihələr çərçivəsində müvafiq sahələrdə mövcud normativ sənədlər və texniki standartlar barədə məlumat mübadiləsi, “EU4Digital” seminarlarında sahələr üzrə mütəxəssislərin iştirakının təmini və s. məsələlər üzrə razılıq əldə edib.

Bundan başqa, “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “Belpoçta” Respublika Poçt Rabitəsi Unitar Müəssisəsi arasında da Əməkdaşlıq Memorandumu imzalanıb. Məqsəd tərəflər arasında poçt, maliyyə və elektron xidmətlər sahəsində əməkdaşlığın inkişafı və möhkəmləndirilməsindən ibarətdir. Qeyd edək ki, “Belpoçt” beynəlxalq poçt mübadiləsi sahəsində “Azərpoçt”un əsas tərəfdaşlarından biridir. Belarus Respublikası və Azərbaycan Respublikasının təyin edilmiş poçt operatorları arasında 2017-2018-ci illər üçün göndərilmiş poçtun həcmi Azərbaycandan Belarusa 1987 kq, Belarusdan Azərbaycana isə 1781 kq təşkil edib. Azərbaycanın yeganə milli poçt operatoru olan “Azərpoçt” elektron ticarət məhsullarının poçtla göndərilməsi və çatdırılması sahəsində 2 ildir beynəlxalq HUB layihəsini həyata keçirir. Bu layihənin həyata keçirilməsində “BelarusPoçt”u da “Azərpoçt”un əsas tərəfdaşlarından biridir. Bu gün “Belpoçt”la əməkdaşlıq haqqında imzalanan sənəd iki ölkənin təyin olunmuş operatorları arasında poçt və maliyyə xidmətlərinin, EMS və logistikanın, elektron ticarət layihələrinin inkişafı, poçt göndərişlərinin beynəlxalq daşınması, izləmə sistemi, elektron məlumatların mübadiləsini sadələşdirən texniki dəstək, daşınmaların optimallaşdırılması, bağlamaların, qeydiyyatlı və qeydiyyatsız poçt göndərişlərinin emal prosedurları, elektron ticarət poçt göndərişlərinin qeydiyyatının sadələşdirilməsi məsələlərində yardım edəcək.

Həmçinin, "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti və "Beltelecom" Respublika Unitar Müəssisəsi arasında İnformasiya və kommunikasiya texnologiyalari sahəsində Anlaşma və əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Memorandumun məqsədi "Beltelecom" və "Aztelekom” MMC arasında informasiya və təcrübə mübadiləsi, telekommunikasiya operatorları arasında beynəlxalq telekommunikasiya bazarında artan rəqabət kontekstində birgə tədbirlərin dəstəklənməsi və həyata keçirilməsi yolu ilə kommunikasiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsidir.

Memoranduma əsasən, yüksək keyfiyyətli və səmərəli kommunikasiya texnologiyalarının və xidmətlərinin inkişafını təşviq etmək, qarşılıqlı məsləhətləşmələrin həyata keçirilməsi və birgə kommunikasiya layihələri çərçivəsində fəal əməkdaşlıq, mütəxəssislərin və ekspertlərin mübadiləsi, birgə seminarlar, simpoziumlar və sərgilərin təşkili həyata keçiriləcək.

Daha sonra Rabitə sahəsinin inkişaf perspektivləri haqda Belarus tərəfindən “Beltelekom”, “Nyulend”, “Milli trafik mübadiləsi mərkəzi”, Azərbaycan tərəfindən

“Aztelekom” MMC “Bakı Telefon Rabitəsi” MMC, Dövlət Radiotezliklər İdarəsinin səlahiyyətli şəxsləri çıxış edib.

Rəqəmli transformasiya mövzusunda isə “Belpoçta”, “Milli elektron xidmətlər”, “Giprosvyaz”, “Tətbiqi Proqram Sistemləri İnstitutu”, Məlumat Hesablama Mərkəzi və “Azərpoçt” MMC-nin məruzələri dinlənilib.

Tarix
2018.12.05 / 22:40
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Neft həftəyə bahalaşma ilə başladı

Dollar bu gün neçəyədir? - Məzənnə

Bitkoin rəsmən çökdü

Dünya birjalarında neftin qiyməti

Azərbaycanda qızıl ucuzlaşdı

TANAP tələbatımızın ödənilməsində yardım edəcək - Dönməz

Novruz Məmmədov iclas keçirdi

Rublun taleyi ilə bağlı bədbin proqnoz

Pilot avtomobil karvanı Azərbaycana gəlir

“Kapital Bank”da “Könüllülər”in məzun günü

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla