Yuxarı

Ekspertdən əmanətlərlə bağlı önəmli açıqlama

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmanətlərin Sığortalanması Fondunun aktivləri ilə qorunan əmanətlər arasındakı mövcud nisbət sığortalanan depozitlərin taleyi ilə bağlı risk formalaşdırmır.

Axar.az xəbər verir ki, bu haqda iqtisadçı alim Vüqar Bayramov açıqlama verib. Ekspert bildirib ki, banklarda depozitlərin taleyi son günlərin ən çox müraciət edilən mövzusudur:

"Sual olunur ki, Əmanətlərin Sığortalanması Fondundakı 109 milyon manatın ümumi sığortalanmış əmanətlərin 2,2 faizini təşkil etməsi depozitlərin qorunması baxımından problem yaradırmı? Ümumiyyətlə, fondda nə qədər pul saxlanılmalıdır? Birmənalı şəkildə fondun aktivləri ilə qorunan əmanətlər arasındakı mövcud nisbət sığortalanan depozitlərin taleyi ilə bağlı risk formalaşdırmır. Əvvəla, beynəlxalq praktikada bu tip fondların aktivlərlə sığortalanan əmanətlərin həcmindəki payı ilə bağlı konkret heç bir standart yoxdur. Bu, hər bir fondun öz maliyyə siyasətindən və istifadə etdiyi alətlərin xarakterindən asılı olaraq müəyyənləşdirilir.

İkincisi, regionda iqtisadiyyatı müqayisəli inkişaf edən ölkələrin təcrübəsi göstərir ki, əksər oxşar fondların aktivləri ilə sığortalanan əmanətlərin həcmi arasında kəskin fərq var və bu da iqtisadi baxımdan normal qəbul edilir. Məsələn, Rusiyada Əmanətlərin Sığortalanması Fondunun aktivlərinin həcmi 83,6 milyard rubldur (1 milyard 326 milyon dollar), sığortalanan əmanətlərin həcmi isə 18,2 trilyon rubldur (290 milyard 476 milyon dollar). Şimal qonşumuzda fondun aktivlərinin ümumi sığortalanan əmanətlərdə payı cəmi 0,45 faizdir. Amma bu, Rusiyada bütün vətəndaşların əmanətlərinin təhlükədə olması anlamına gəlmir.

Üçüncüsü, fondun aktivlərinin genişləndirilməsi daha çox bankların üzvlük haqqının artırılması yolu ilə mümkündür ki, bu da arzuolunan deyil. Çünki bu bankların xərclərinin artmasına və bir sıra məhsulların bahalaşmasına səbəb olacaq. Nəticədə maliyyə bazarına daha bahalı məhsullar təklif ediləcək. Bu cür fondlar hətta potensial gəlirlilik səviyyəsi yüksək olsa belə, riskli bazar alətlərinə yatırım etmirlər. Fondun vəsaitlərini isə nisbətən risksiz alətlərə sərmayə etməklə vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirin həcmini artırmaq olar. Təbii ki, fondun maliyyə bazarında daha aktiv iştirakı arzuolunandır: ancaq bu, az riskli istiqamətlər üzrə olmalıdır".

İqtisadçının sözlərinə görə, bütün və ya əksər bankların eyni zamanda müflis olması nəzəri baxımdan mümkün olsa da, praktik olaraq inandırıcı deyil:

"Həmçinin, 7 bankın likvidizasiyası planlaşdırılmır, əksinə, bu proses başa çatmaq üzrədir. 5 bank üzrə bu proses bitib, 2 bank üzrə tamamlanmaq üzrədir. Avrobankda əmanətlər yox idi, Azərbaycan Kredit Bankının aktivləri passivlərindən çox olduğu üçün xüsusi müdaxiləyə ehtiyac olmadı. Deməli, söhbət gələcək deyil, keçmiş zamandan gedir. Bu, dördüncü səbəbdir.

Beşincisi, hər hansı bankın müflis olması sığorta hadisəsinin baş verməsi anlamına gəlmir. Sığorta hadisəsi müflis olan bankın öhdəlikləri mövcud aktivlərindən çox olduğu halda baş verir. Ona görə də bir neçə bankda olan əmanətlərin həcmini fondun aktivləri ilə müqayisə etmək olmaz. 29 milyard manatdan çox aktivləri olan banklarda əhalinin əmanətlərinin cəmi 7,6 milyard manat olduğunu nəzərə alsaq, gələcəkdə hər hansı təhlükə olduğu halda heç də bütün banklarda sığorta hadisəsinin baş verməyəcəyi aydın görünür.

Altıncısı, hazırda banklarda qorunan əmanətlərin qaytarılması təhlükəsi deyil, sığorta mexanizmlərinin təkmilləşdirilməsi müzakirə olunmalıdır. Mərkəzi və Şərqi Avropa ölkələrində 100 min avroyadək bütün əmanətlər sığortalanır. Bizdə isə qorunan əmanətin maksimum həcmi sözügedən ölkələr ilə müqayisədə 3 dəfə azdır. Bu da evdə saxlanan pulların banklara əmanət kimi cəlb edilməsinə mane olur.

Fondun mövcud siyasəti hələ də əmanətlərin sığortalanan faizi ilə kredit faizləri arasında əlaqə formalaşdırmayıb. Amma bunlar heç də o anlama gəlməməlidir ki, qorunan əmanətləri olan vətəndaşlar arasında müəyyən narahatlıq yaranmalıdır. Əksinə, fondun fəaliyyətini təkmilləşdirməklə daha çox əmanət cəlb etmək mümkündür və bunun da edilməsi olduqca vacibdir. Əmanət qorunursa, o bütün hallarda qaytarılmalıdır, hətta borclanma hesabına olsa belə".

Tarix
2015.11.05 / 12:11
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla