Yuxarı

Vurğunun Cavidə söyüş dolu şeiri üzə çıxdı - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adını açıqlanmasını istəməyən bir oxucu bizə bu fotonu göndərib. Şəkildə Səməd Vurğunun Hüseyn Cavidə yazdığı "şeir", yayımlandığı qəzet və tarix qeyd olunub. Şeiri sizə təqdim edirik.

Hüseyn Cavidə

Sən ey böyük günlərin adına böhtan atan,

Vətəninə, xalqına xain çıxan şarlatan!

"Gözəllik aşiqiyəm" deyən deyilmiydin, sən?

Ömründə bir yaxşılıq gəlməmişdi əlindən.

Millətçilər adına dedi böyük sənətkar,

Gəlin düz araşdıraq, sənin sənətinmi var?

Sən Həmidi qoltuğa vurub gəzməyə getdin,

Hərədən bir tük çəkib, kosuna saqqal etdin.

Azərbaycan şairi olsa da qorxaq adın,

Sultanların, şahların sinəsini yaladın.

Utanmadan Vaqifin, Füzulinin üzündən,

........................................................................

(bu yerdə çox vulqar ifadələr işləndiyi üçün misra çıxarılıb)

O murdar arzuların torpaqlara gömüldü,

Sənin yaratdıqların özündən əvvəl öldü.

Mənbə: "Ədəbiyyat qəzeti", 1937-ci il, 16 İyun

Tarix
2013.11.08 / 14:13
Müəllif
Nilüfər Muğantürk
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla